Nations Bible

Filipenses 4

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Son öyüdlər

1Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər!

2Evodiyaya yalvarıram, Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar. 3Bəli, ey əsl əməkdaşım, səndən də xahişim var, bu qadınlara kömək et. Çünki onlar mənimlə, Klementlə və adları həyat kitabında olan digər əməkdaşlarımla bərabər Müjdəni yaymaq üçün səy göstəriblər.

4Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin! 5Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır. 6Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. 7Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.

8Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün. 9Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlə olacaq.

Paulun təşəkkürü

10Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz. 11Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam. 12Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. 13Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. 14Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz.

15Ey Filipililər, özünüz də bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi. 16Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz. 17Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərəni axtarıram. 18Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır. 19Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək. 20Qoy Atamız Allaha əbədi izzət olsun! Amin.

Salam göndərmə

21Məsih İsada müqəddəs olan hər kəsi salamlayın.

Mənimlə olan qardaşlar sizə salam göndərir. 22Sizi bütün müqəddəslər, xüsusən qeysərin sarayında işləyənlər salamlayır.

23Rəbb İsa Məsihin lütfü ruhunuza yar olsun!

Você sabia?

Alegria, concórdia e parceria generosa

  • Paulo exorta Evódia e Síntique, duas mulheres da igreja de Filipos que haviam trabalhado com ele no evangelho, a concordarem uma com a outra no Senhor. O Easton's Bible Dictionary (1897) explica o nome de Evódia, ali grafado Euodias, como “uma boa viagem”, e o de Síntique como “afortunada” ou “afável”, e entende que o apelo sugere que as duas estavam em desacordo.Fontes: o próprio texto bíblico · Euodias · Syntyche
  • Paulo lembra aos filipenses que, quando deixou a Macedônia, nenhuma outra igreja se associou a ele em dar e receber, e que, mesmo em Tessalônica, eles supriram suas necessidades repetidas vezes; agora ele recebeu os presentes deles da parte de Epafrodito. A Macedônia era uma província romana ao norte da Grécia, e Tessalônica, à beira do golfo Termaico, era a capital de um dos seus quatro distritos, governada por um pretor.Fontes: o próprio texto bíblico · Macedonia · Thessalonica
  • Paulo nomeia Clemente, um cristão de Filipos e seu colaborador, entre aqueles cujos nomes estão no Livro da Vida. O Easton's Bible Dictionary (1897) registra a opinião de escritores antigos de que esse Clemente era o Clemente de Roma, conhecido na história posterior da igreja; a própria carta não faz essa identificação.Fontes: o próprio texto bíblico · Clement

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Macedonia · 41.600, 22.540 · versículo 15
  • Thessalonica · Hoje: Thessaloniki · 40.638, 22.946 · versículo 16

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.