Filipenses 2
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Məsihdən nümunə götürün
1Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, 2həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin. 3Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın 4və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. 5Məsih İsa necə düşündü, siz də elə düşünün. 6Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. 7Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb 8Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. 9Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, 10göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün 11və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Xilasınızı əməllərinizdə göstərin
12Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. 13Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz. 14Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki, 15nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın. 16Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim. 17Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm. 18Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun.
Timotey və Epafrodit
19Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var. 20Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur. 21Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür. 22Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz. 23Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm. 24Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm.
25Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim. 26Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi. 27O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi. 28Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin. 29Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin. 30Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.
Você sabia?
Unidade e a humildade de Cristo
- Timóteo era um jovem discípulo e companheiro de Paulo em muitas viagens, e Paulo o chamava de seu próprio filho na fé; o nome Timotheus é explicado como “Honrando a Deus”. Em Filipenses 2, Paulo diz que não tem ninguém como Timóteo, alguém que cuide de verdade das necessidades dos filipenses, e que Timóteo serviu com ele como um filho com o pai, para o avanço do evangelho.Fontes: Timotheus · o próprio texto bíblico
- Em Filipenses 2, Paulo envia de volta Epafrodito, a quem chama de irmão, colaborador e companheiro de lutas, e também de mensageiro dos filipenses e daquele que cuidava das necessidades de Paulo. Epafrodito estivera doente, quase à morte, e Paulo diz que ele arriscou a vida pela obra de Cristo para suprir o serviço que os filipenses não podiam prestar pessoalmente.Fontes: o próprio texto bíblico
- Em Filipenses 2, Paulo pede aos filipenses que tenham o mesmo modo de pensar que houve em Cristo Jesus: existindo na forma de Deus, ele não considerou o ser igual a Deus algo a que se apegar, mas esvaziou-se, tomou a forma de servo e tornou-se obediente até a morte, e morte de cruz. O capítulo diz que, por isso, Deus o exaltou e lhe deu o nome que está acima de todo nome, para que toda língua confesse que Jesus Cristo é Senhor, para a glória de Deus Pai.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org