Nations Bible

Números 6

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Nəzirilik andı

1Rəbb Musaya belə dedi: 2«İsrail övladlarına söylə və onlara əmr et: “Bir kişi və yaxud bir qadın nəzirilik əhdi edib özünü Rəbbə həsr edərsə, 3şərabdan və başqa kefləndirici içkidən çəkinsin. Hətta şərab sirkəsi də, başqa kefləndirici içkidən hazırlanmış sirkə də, üzüm suyu da içməsin; nə üzüm, nə də kişmiş yesin. 4Nəziri olduğu müddətdə çəyirdəkdən qabığa qədər meynədən istehsal edilmiş heç bir şey yeməsin.

5Nəziri olduğu bütün müddətdə başına ülgüc dəyməsin, saçını uzatsın; özünü Rəbbə həsr etdiyi müddət qurtarana qədər müqəddəs olsun.

6Özünü Rəbbə həsr etdiyi günlərdə meyitə yaxınlaşmasın. 7Atası və anası, qardaşı və bacısı ölsə, onlara görə özünü murdar etməsin; çünki özünü Allahına həsretmə rəmzi onun başı üzərindədir. 8Nəziri olduğu bütün müddətdə o, Rəbbə həsr edilmişdir.

9Yanında bir adam birdən-birə qəflətən ölərsə və nəzirinin saçını murdar eləyərsə, o təmiz olduğu gün – yeddinci gün başını qırxdırsın. 10Səkkizinci gün Hüzur çadırının girişində kahinə iki qumru quşu yaxud iki göyərçin gətirsin. 11Kahin birini günah qurbanı və o birini yandırma qurbanı kimi təqdim etsin ki, nəzirinin günahı üçün kəffarə olsun, çünki meyitlə bir yerdə olmaqla o günah işlətdi. Həmin gün yenidən başını təqdis etsin. 12Nəziri olduğu müddətdə özünü Rəbbə yenidən həsr etsin və təqsir qurbanı olaraq birillik erkək toğlu gətirsin. Əvvəlki günlər isə boşa getsin, çünki nəziriliyi murdarlanmışdır.

13Nəziriyə aid olan qanun budur: özünü həsr etdiyi müddət qurtaranda nəziri Hüzur çadırının girişinə gətirilsin. 14Orada Rəbbə bu təqdimləri gətirsin: yandırma qurbanı olaraq birillik qüsursuz bir erkək toğlu, günah qurbanı olan birillik qüsursuz bir dişi toğlu, ünsiyyət qurbanı olan qüsursuz bir qoç, 15bir səbət mayasız çörək, narın undan zeytun yağı ilə yoğrulmuş mayasız kökələrdən və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallardan ibarət olan taxıl təqdimləri və içmə təqdimləri. 16Kahin Rəbbin önündə onları təqdim etsin; günah qurbanını və yandırma qurbanını gətirsin. 17Mayasız çörək səbəti ilə birgə qoçu Rəbbə ünsiyyət qurbanı kimi gətirsin; kahin onun taxıl təqdimi ilə içmə təqdimini də gətirsin. 18Nəziri Hüzur çadırının girişində öz həsr etdiyi saçını qırxsın, sonra saçını götürüb ünsiyyət qurbanının altındakı oda qoysun. 19Nəziri həsr etdiyi saçını qırxdıqdan sonra kahin qoçun bişmiş bir qolunu, səbətdən götürdüyü mayasız bir kökə və mayasız bir qoğal ilə birgə nəzirinin ovuclarına qoysun. 20Sonra yellətmə təqdimi kimi onları Rəbbin hüzurunda yellətsin. Onlar yellədilən döş əti və qaldırılan budla birgə müqəddəsdir, kahinə məxsusdur. Ondan sonra nəziri şərab içə bilər.

21Özünü həsr etdiyinə görə Rəbbə təqdimini və buna əlavə olaraq verə biləcəyi başqa şeyləri əhd edən nəziri ilə əlaqədar qanun budur. Nəzirilik qanuna görə nəziri nə əhd etmişsə, onu icra etməlidir”».

Kahinlərin xeyir-duası

22Rəbb Musaya dedi: 23«Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin:

24“Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun;

25Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin.

26Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”.

27Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

O Voto de Nazireu e a Bênção Sacerdotal

  • O voto de nazireu era um período voluntário de consagração especial a Deus, acessível tanto a homens quanto a mulheres. Durante esse tempo, a pessoa devia abster-se totalmente de produtos derivados da videira e de bebidas fermentadas, deixar o cabelo crescer sem cortar e evitar a contaminação ritual por qualquer cadáver, mesmo de familiares próximos.Fontes: o próprio texto bíblico
  • Ao término do período de separação, o nazireu levava sacrifícios à entrada da Tenda do Encontro, rapava o cabelo e o queimava no fogo sob o sacrifício de comunhão. Depois que o sacerdote apresentava as porções prescritas diante de Deus, o voto se encerrava e a pessoa podia voltar a beber vinho.Fontes: o próprio texto bíblico
  • O capítulo se encerra com a bênção sacerdotal que Deus ordenou a Moisés transmitir a Arão e a seus filhos. Ao invocar a proteção, o rosto resplandecente, a graça e a paz de Deus, os sacerdotes colocavam o nome divino sobre o povo de Israel.Fontes: o próprio texto bíblico · Moses · Aaron

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.