Números 24
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
1Bilam Rəbbin gözündə İsrailə xeyir-dua verməyin yaxşı olduğunu gördükdə əvvəlki kimi baxıcılıq etmədi, amma üzünü səhraya doğru çevirdi. 2Bilam gözlərini qaldırdı və İsraili qəbilələrinə görə yerləşmiş görəndə onun üzərinə Allahın Ruhu endi. 3O, gələcəkdən xəbər verib dedi:
«Budur, Beor oğlu Bilamın kəlamı,
Uzaq görən adamın kəlamı,
4Allahın sözlərini eşidən,
Külli-İxtiyarın görüntüsünü görən,
Gözləri açıq, yerə sərilən adamın kəlamı:
5“Ey Yaqub, sənin çadırların,
Ey İsrail, məskənlərin nə gözəldir!
6Yayılırlar vadilər tək,
Çay kənarındakı bağ-bağçalar tək,
Rəbbin bitirdiyi əzvay ağacları tək,
Çay kənarındakı sidr ağacları tək.
7Satıllarından sular axacaq,
Toxumları bol su ilə sulanacaq,
Padşahları Aqaqdan böyük olacaq,
Padşahlıqları ucalacaq.
8Allah onları Misirdən çıxartdı;
Onların çöl öküzü kimi qüvvəti var.
Onlar düşmən millətləri yeyib qurtaracaq.
Sümüklərini qıracaq,
Oxları ilə onları dələcək.
9Onlar pusub şir kimi yatar,
Dişi aslana oxşar.
Onları oyandırmağa kim cürət edər?
Sizə xeyir-dua verən xeyir-dualı olsun,
Sizə lənət oxuyan qoy lənətli olsun!”»
10Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua verirsən. 11İndi tez get, yerinə qayıt. Demişdim ki, səni çox mükafatlandıracağam, amma Rəbb səni mükafatdan məhrum etdi». 12Bilam Balaqa dedi: «Yanıma göndərdiyin qasidlərə demədimmi, 13Balaq mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm. 14İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim».
Bilamın dördüncü dəfə gələcəkdən xəbər verməsi
15Sonra Bilam gələcəkdən xəbər verib dedi:
«Budur, Beor oğlu Bilamın kəlamı,
Uzaq görən adamın kəlamı,
16Allahın sözlərini eşidən,
Haqq-Taalanın biliyinə qovuşan,
Külli-İxtiyarın görüntüsünü görən,
Gözləri açıq, yerə sərilən adamın kəlamı:
17“Onu mən görürəm, amma indi deyil,
Mən ona baxıram, amma yaxından deyil.
Yaqubdan bir ulduz çıxacaq,
İsraildən bir Əsa ucalacaq,
Moavlıların alınlarını,
Şet övladlarının başlarını əzəcək.
18Onun düşməni Edomla Seir təslim olacaq,
İsrail isə get-gedə güclənəcək.
19Yaqubun nəslindən olan o adam
Səltənət sürəcək,
Şəhərdə sağ qalanları məhv edəcək”».
Bilamın sonuncu dəfə gələcəkdən xəbər verməsi
20Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi:
«Amaleq millətlərin birincisi idi,
Ancaq axırda məhv olacaq».
21Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi:
«Məskəniniz möhkəm,
Yuvanız qayada qurulub.
22Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda
Yanıb yox olacaqsınız».
23Bilam gələcəkdən xəbər verməyə belə davam etdi:
«Vay, Allah bunu etdiyi zaman kim yaşaya biləcək?
24Kittim sahillərindən gəmilər gələcək,
Aşşur ilə Everi ram edəcək,
Amma onlar da məhv olacaq».
25Bundan sonra Bilam yola çıxıb evinə qayıtdı. Balaq da öz yoluna davam etdi.

Você sabia?
Os Últimos Oráculos de Balaão
- Diferente de suas tentativas anteriores, Balaão não recorreu a encantamentos antes de seu terceiro oráculo, mas virou o rosto para o deserto. Ao ver Israel acampado tribo por tribo, o Espírito de Deus veio sobre ele para pronunciar uma bênção em vez de uma maldição.Fontes: o próprio texto bíblico · Balaam
- Os oráculos de Balaão mencionam Agague e Amaleque, uma tribo nômade que habitava entre o mar Morto e o mar Vermelho, cujos reis levavam o nome de Agague. Embora Amaleque fosse descrito como o primeiro entre as nações, Balaão predisse sua destruição final.Fontes: o próprio texto bíblico · Agag · Amalek
- Em sua profecia final, Balaão olhou para o futuro distante, anunciando uma estrela de Jacó e um cetro de Israel que derrotariam Moabe e tomariam posse de Edom, a região montanhosa também chamada de Seir.Fontes: o próprio texto bíblico · Jacob (Israel) · Edom · Seir
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Egypt · 30.129, 31.308 · versículo 8
- Moab · Hoje: Moab 1 · 31.181, 35.701 · versículo 17
- Edom · 30.746, 35.604 · versículo 18
- Amalek · 30.648, 34.422 · versículos 20, 24
- Asshur · Hoje: Assur · 35.457, 43.263 · versículos 22, 24
- Kittim · Hoje: Cyprus · 35.000, 33.000 · versículo 24
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org