Marcos 7
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
1Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı. 2Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir. 3Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər. 4Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar. 5Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?» 6İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi: “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. 7Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”. 8Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz». 9Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız! 10Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 11Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”, 12onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin. 13Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz». 14İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin. 15Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır». 17İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular. 18İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz? 19Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi. 20O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır. 21Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, 22zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. 23Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir». 24İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi. 25Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü. 26Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın. 27İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 28Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir». 29İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi». 30Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb. 31İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı. 32Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun. 33İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu. 34Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!» 35O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı. 36İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar. 37Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».
Você sabia?
Pureza, tradição e o caminho além da Galileia
- Fariseus e escribas vindos de Jerusalém questionaram Jesus porque alguns dos seus discípulos comiam com as mãos sem lavar. Marcos explica que, ao guardar a tradição dos anciãos, os fariseus e todos os judeus não comiam até se lavarem de modo cerimonial, e que também se lavavam ao voltar do mercado e lavavam copos, jarros, caldeirões e divãs. Uma cronologia data esse discurso sobre mandamentos e tradição do ano 29 d.C.Fontes: o próprio texto bíblico · Commandments and Tradition Discourse
- Jesus respondeu citando Isaías, filho de Amoz, sobre um povo que honra a Deus com os lábios enquanto o coração está longe dele, e que ensina preceitos humanos como doutrina. À tradição dos anciãos ele contrapôs um mandamento que atribui a Moisés — honrar pai e mãe — e a prática do Corbã, que o texto explica como uma oferta dedicada a Deus e pela qual, segundo ele, a pessoa já não podia fazer nada pelo pai ou pela mãe.Fontes: o próprio texto bíblico · Isaiah
- Na região de Tiro, uma mulher grega, de origem siro-fenícia, pediu a Jesus que expulsasse um espírito impuro de sua filha. Depois ele passou por Sidom, foi ao mar da Galileia e entrou na Decápolis: Sidom, no Mediterrâneo, ao norte de Tiro, era a cidade fenícia mais antiga e a cidade-mãe de Tiro, enquanto a Decápolis — nome que significa dez cidades — ficava a leste e a sudeste do lago e era habitada sobretudo por gregos. Ali lhe trouxeram um homem surdo que mal conseguia falar, e Jesus disse: “Efatá”, que a narrativa explica como “Abre-te”.Fontes: o próprio texto bíblico · Sidon · Tyre · Decapolis
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículo 1
- Galilee · 32.760, 35.527 · versículo 24
- Sidon · Hoje: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · versículos 24, 31
- Tyre · 33.271, 35.196 · versículos 24, 31
- Phoenicia · 33.271, 35.196 · versículo 26
- Decapolis · 32.717, 35.800 · versículo 31
- Sea of Galilee · 32.819, 35.590 · versículo 31
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org