Mateus 27
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Yəhuda özünü asır
1Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər. 2İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər.
3O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib 4«mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. 5Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı.
6Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». 7Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar. 8Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir. 9Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi:
«İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar 10və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər».
İsa Romalı vali Pilatın önündə
11İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir». 12Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. 13Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?» 14İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi.
15Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi. 16O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı. 17Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?» 18Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər.
19Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi.
20Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər. 21Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər. 22Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. 23Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar.
24Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın». 25Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!» 26Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.
Əsgərlər İsanı təhqir edir
27Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. 28Onu soyundurub al rəngli xalat geyindirdilər. 29Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. 30Ona tüpürdülər, qamışı götürüb başına vurdular. 31Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar.
İsa çarmıxa çəkilir
32Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.
33Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə 34Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. 35Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. 36Sonra orada oturub Onun keşiyini çəkdilər. 37Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular. 38O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi.
39Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq 40«Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. 41Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: 42«Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. 43Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». 44İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər.
İsanın ölümü
45Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. 46Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi:
«Eli, Eli, lema şabaqtani?»
Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. 47Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır». 48Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. 49O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?» 50İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı.
51O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. 52Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. 53Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər.
54İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər.
55Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər. 56Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi.
İsanın dəfni
57Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi. 58O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi. 59Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü. 60Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi. 61Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular.
62Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb 63dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. 64Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». 65Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». 66Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu.
Você sabia?
Julgamento, cruz e sepultura
- Pôncio Pilatos foi o sexto procurador romano da Judeia, de 26 a 36 d.C. Sua sede ficava em Cesareia, mas ele subia com frequência a Jerusalém, e seu governo abrangeu os ministérios de João Batista e de Jesus. Na festa, seguia um costume romano de soltar um prisioneiro: ofereceu à multidão a escolha entre Jesus e Barrabás, um ladrão notório cujo nome significa “filho de Abba” ou “filho de um pai”, e eles exigiram Barrabás.Fontes: Pontius Pilate · Barabbas · o próprio texto bíblico
- Quando Judas viu que Jesus fora condenado, ficou cheio de remorso, lançou as trinta moedas de prata no templo, saiu e se enforcou. Os principais sacerdotes recusaram pôr o dinheiro de sangue no tesouro e, em vez disso, compraram o campo do oleiro como lugar de sepultura para estrangeiros. Em aramaico, os judeus o chamavam de Aceldama, “campo de sangue”; fica num terraço estreito e plano na face sul do vale de Hinom, e seu nome moderno é Hak ed-damm.Fontes: Judas Iscariot · Akeldama · o próprio texto bíblico
- Jesus foi crucificado no Gólgota, grafia grega do aramaico Gulgaltha, o mesmo nome que Calvário e ligado à palavra hebraica para “crânio”. Os evangelistas explicam o lugar como “o lugar da caveira”, um pequeno outeiro arredondado como um crânio descoberto, um ponto conhecido fora da porta e perto da cidade.Fontes: Golgotha · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Cyrene · 32.821, 21.851 · versículo 32
- Jerusalem · 31.777, 35.234 · versículo 53
- Galilee · 32.760, 35.527 · versículo 55
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org