Mateus 20
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Üzüm bağının sahibi barədə məsəl
1Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. 2O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. 3Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü. 4Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. 5Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi. 6On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?” 7“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi.
8Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. 9On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. 10Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. 11Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: 12“Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”. 13O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? 14Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. 15Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?” 16Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».
İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir
17İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi: 18«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər; 19ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».
Kim üstündür
20O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi. 21İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun». 22Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik». 23İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək».
24Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu. 25İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. 26Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. 27Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. 28Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
İki kor adamın gözləri açılır
29İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi. 30Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı. 31Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar. 32İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» 33Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın». 34İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.

Você sabia?
Os últimos e os primeiros no caminho de Jerusalém
- Neste capítulo Jesus sobe para Jerusalém e, no final, o grupo sai de Jericó. O Easton's Bible Dictionary chama Jericó de “lugar de fragrância”, uma cidade fortificada entre palmeiras na planície do Jordão, cerca de cinco milhas a oeste do rio, e a chave para a Palestina ocidental. Chama também Jerusalém, conhecida ainda como cidade santa, de cidade de montanha, e liga seu nome dual a Sião e Moriá ou, como alguns supõem, à cidade alta e à cidade baixa.Fontes: Jericho · Jerusalem · o próprio texto bíblico
- A mulher que se ajoelha para pedir que seus dois filhos se sentem à direita e à esquerda de Jesus é a mãe dos filhos de Zebedeu. Zebedeu, pescador galileu e pai de Tiago e João, parece, segundo o Easton's Bible Dictionary, ter tido alguma posição em Cafarnaum, com dois barcos e servos contratados. Ele não é mais mencionado depois que Jesus chamou seus filhos.Fontes: Zebedee · o próprio texto bíblico
- Ao saírem de Jericó, dois cegos chamam Jesus de “Senhor, Filho de Davi”. Davi, nome que o Easton's Bible Dictionary dá como “Amado”, era o oitavo e o mais novo filho de Jessé, de Belém; na juventude cuidava das ovelhas do pai nas terras altas de Judá.Fontes: David · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 17, 18
- Jericho · Hoje: Tell el Alayiq · 31.852, 35.436 · versículo 29
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org