Mateus 17
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
1Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. 2Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. 3O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. 4Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». 5Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» 6Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. 7İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. 8Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər. 9Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin». 10Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 11İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. 12Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». 13Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi. 14Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi: 15«Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür. 16Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər». 17İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». 18İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı. 19O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» 20İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz». 22Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək 23və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər. 24Kefernahuma gəldikləri zaman məbəd vergisini yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?» 25Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?» 26Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir. 27Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver».
Você sabia?
A transfiguração e o retorno à Galileia
- Jesus levou Pedro, Tiago e João sozinhos a um alto monte, onde foi transfigurado diante deles. O Dicionário Bíblico de Easton identifica Tiago como filho de Zebedeu, irmão mais velho do apóstolo João e pescador em parceria com Pedro, e registra que os três estiveram presentes na transfiguração. Pedro, também chamado Simão, foi criado à beira do mar da Galileia e treinado como pescador.Fontes: o próprio texto bíblico · James (Son of Zebedee) · Simon Peter
- Moisés e Elias apareceram e conversaram com Jesus. O Dicionário Bíblico de Easton identifica Elias como 'o tesbita', o 'Elias' do Novo Testamento, a figura sobre a qual os discípulos perguntaram ao questionar a afirmação dos escribas de que Elias deveria vir primeiro. Os discípulos entenderam a resposta de Jesus — de que Elias já tinha vindo e não fora reconhecido — como referência a João Batista, cuja missão o dicionário associa à profecia, inclusive a Malaquias 3:1.Fontes: o próprio texto bíblico · Elijah · John the Baptist
- Na Galileia, Jesus disse que o Filho do Homem estava prestes a ser entregue nas mãos dos homens, morto e ressuscitado no terceiro dia. O Dicionário Bíblico de Easton observa que a região era chamada 'Galileia dos gentios' e que Cafarnaum — 'cidade de Naum' — tornou-se a 'sua própria cidade' depois de sua expulsão de Nazaré; ali, os cobradores do imposto de duas dracmas perguntaram a Pedro se o mestre dele pagava esse imposto.Fontes: o próprio texto bíblico · Galilee · Capernaum
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Galilee · 32.760, 35.527 · versículo 22
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org