Nations Bible

Lucas 3

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Vəftizçi Yəhyanın gəlişi

1Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hirod Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. 2Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu. 3O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi. 4Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb:

«Səhrada nida edənin səsi gəlir:

“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin.

5Hər dərə yüksəldiləcək,

Hər dağ və təpə aşağı endiriləcək,

Yoldakı əyriliklər düzələcək,

Kələ-kötür yerlər hamar ediləcək.

6Bütün bəşər Allahın xilasını görəcək”».

7Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 9Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır».

10Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» 11Yəhya onlara belə cavab verdi: «İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün». 12Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?» 13Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın». 14Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin».

15Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?» 16Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 17Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».

18Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi. 19Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə 20Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.

İsanın vəftiz olunması

21Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı, 22Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».

İsanın nəsil şəcərəsi

23İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu 24Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu 25Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu 26Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu 27Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu 28Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu 29Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu 30Şimeon oğlu Yəhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu 31Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu 32Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu 33Amminadav oğlu Admin oğlu Arni oğlu Xesron oğlu Peres oğlu Yəhuda oğlu 34Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu 35Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu 36Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu 37Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu 38Enoş oğlu Şet oğlu Adəm oğlu Allah oğlu.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

João Batista prepara o caminho

  • Lucas situa a pregação de João no décimo quinto ano de Tibério César, enteado de Augusto, que o sucedeu em 14 d.C. e morreu em 37 d.C. O Dicionário Bíblico de Easton (1897) observa que João iniciou seu ministério público naquele ano e que Pôncio Pilatos, o sexto procurador romano da Judeia, de 26 a 36 d.C., manteve a sede em Cesareia num período que abrangeu os ministérios de João e de Jesus. Herodes Antipas, filho de Herodes, era então tetrarca da Galileia.Fontes: o próprio texto bíblico · Tiberius · Pontius Pilate · Herod Antipas
  • O capítulo situa esses acontecimentos durante o sumo sacerdócio de Anás e de Caifás. O Dicionário Bíblico de Easton (1897) registra que Anás foi sumo sacerdote de 7 a 14 d.C. e foi deposto pelo procurador romano, e que Caifás, que havia se casado com a filha de Anás, foi elevado a esse cargo em 25 d.C. O mesmo verbete sugere que os judeus ainda podiam considerar Anás o sumo sacerdote legítimo, pois a lei de Moisés mantinha o cargo por toda a vida, e que ele provavelmente servia com Caifás como presidente do Sinédrio ou como adjunto do sumo sacerdote.Fontes: o próprio texto bíblico · Annas
  • João, filho de Zacarias, era de linhagem sacerdotal: o pai era sacerdote da turma de Abias, e a mãe, Isabel, pertencia às filhas de Arão. O Dicionário Bíblico de Easton (1897) observa que a missão de João era objeto de profecia, inclusive a voz que clama no deserto em Isaías, e que seu nascimento ocorreu seis meses antes do de Jesus. Neste capítulo, ele prega um batismo de arrependimento em toda a região ao redor do Jordão, e o tetrarca Herodes depois o prende, após João o repreender por causa de Herodias.Fontes: o próprio texto bíblico · John the Baptist

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Abilene · 33.627, 36.106 · versículo 1
  • Galilee · 32.760, 35.527 · versículos 1, 19
  • Ituraea · 33.400, 35.850 · versículo 1
  • Judea · Hoje: Judea 1 · 31.777, 35.234 · versículo 1
  • Trachonitis · Hoje: Lajat · 32.969, 36.455 · versículo 1
  • Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículo 3

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.