Lucas 13
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Tövbəyə çağırış
1Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı. 2İsa buna belə cavab verdi: «Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər? 3Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. 4Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz? 5Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız».
Barsız əncir ağacı
6Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı. 7O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?” 8Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. 9Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”».
Şənbə günü şəfa vermək olarmı?
10İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi. 11Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi. 12İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun». 13İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı. 14Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox». 15Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı? 16İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?» 17İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi.
Xardal toxumu və maya məsəlləri
18Sonra İsa dedi: «Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim? 19O, bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur».
20İsa yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədim? 21O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
Dar qapı
22İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi. 23Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi: 24«Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. 25Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!” 26Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”. 27O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” 28İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. 29Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq. 30Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq».
Yerusəlimin aqibəti
31O zaman bəzi fariseylər gəlib İsaya dedilər: «Buradan çıx get, çünki Hirod Səni öldürmək istəyir». 32İsa onlara dedi: «Gedin o tülküyə deyin: “Budur, Mən bu gün və sabah cinləri qovub camaatı sağaldacağam və üçüncü gün işimi bitirəcəyəm”. 33Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm. Çünki peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz!
34Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 35Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm:
“Rəbbin ismi ilə Gələnə alqış olsun!”
deyənə qədər Məni bir daha görməyəcəksiniz».

Você sabia?
Arrependimento no caminho de Jerusalém
- Pôncio Pilatos foi o sexto procurador romano da Judeia, de 26 a 36 d.C. Sua sede ficava em Cesareia, embora ele subisse com frequência a Jerusalém. Lucas 13 começa com a notícia de que ele havia misturado o sangue de alguns galileus com os sacrifícios deles; Jesus responde que isso não mostra que fossem piores pecadores do que os outros galileus e que, se os ouvintes não se arrependerem, também todos perecerão.Fontes: Pontius Pilate · o próprio texto bíblico
- Jesus pergunta também se os dezoito que morreram quando a torre de Siloé desabou eram mais pecadores do que todos os outros habitantes de Jerusalém, e de novo diz que, se os ouvintes não se arrependerem, também todos perecerão. Siloé, que significa “enviado” ou “envio”, tem sido identificado com o Birket Silwan, no baixo vale do Tiropeão, a sudeste da colina de Sião. A água chega a esse tanque de forma intermitente por um canal subterrâneo sinuoso que vem da Fonte da Virgem, e o Evangelho de João registra que Jesus deu a visão a um cego ali.Fontes: Siloam · o próprio texto bíblico
- Enquanto percorre as cidades e aldeias em direção a Jerusalém, Jesus lamenta a cidade que mata os profetas e apedreja os que lhe são enviados. Ela é descrita como uma cidade de montanha assentada numa fortaleza; seu nome, na forma dual, significa “possessão de paz” ou “fundação de paz”, referindo-se provavelmente a Sião e Moriá, os dois montes sobre os quais foi construída, ou, como alguns supõem, à cidade alta e à cidade baixa. Ele diz que muitas vezes quis reunir os filhos dela como a galinha reúne os pintinhos debaixo das asas, e o Easton's Bible Dictionary (1897) observa que essa ave familiar só é mencionada nesse lamento e em Mateus 23:37.Fontes: o próprio texto bíblico · Jerusalem · Josiah
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Galilee · 32.760, 35.527 · versículos 1, 2
- Jerusalem · 31.777, 35.234 · versículos 4, 22, 33, 34
- Siloam · Hoje: Pool of Siloam · 31.771, 35.235 · versículo 4
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org