Nations Bible

Josué 13

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

İsraillilərin almalı olduqları torpaqlar

1Yeşua qocalıb yaşa dolmuşdu. Rəbb ona dedi: «Sən qocalıb yaşa dolmusan, ancaq mülk olaraq almaq üçün olduqca çox yer qalıb.

2Qalan yerlər bunlardır: Filiştlilərin bütün əyalətləri, Geşurluların bütün torpaqları; 3Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı; 4cənubda bütün Kənan torpağı, Sidonlulara məxsus Mearadan Afeqə – Emorluların sərhədlərinə qədər olan torpaqlar; 5Gevallıların torpağı, Xermon dağı ətəyində olan Baal-Qaddan Xamat keçidinə qədər gün doğana tərəf bütün Livan; 6Livandan Misrefot-Mayimə qədər bütün dağlıq əhalisi və bütün Sidonluları da İsrail övladlarının qarşısından Mən qovacağam. Ancaq sənə əmr etdiyim kimi bu torpaqları İsraillilərə irs olaraq böl. 7İndi bu yerləri doqquz qəbilə ilə Menaşşe qəbiləsinin yarısına irs olaraq böl».

İordan çayının şərq tərəfindəki torpaqların bölünməsi

8Menaşşe qəbiləsinin yarısı ilə birgə Ruvenlilər və Qadlılar Musanın İordan çayının şərq tərəfində onlara verdiyi irs torpaqları, Rəbbin qulu Musanın onlara verdiyi bu torpaqları almışdılar: 9Arnon vadisi kənarında olan Aroerdən vadinin ortasında olan şəhərlə Divona qədər bütün Medva yaylası; 10Ammonluların sərhədinə qədər Xeşbonda hökmranlıq edən Emorluların padşahı Sixonun bütün şəhərləri; 11Gilead, Geşurlular və Maakatlıların torpaqları, bütün Xermon dağı, Salkaya qədər bütün Başan; 12Aştarot və Edreidə hökmranlıq edən, sağ qalan Rafalılardan biri olan Oqun Başandakı bütün torpaqları; Musa bütün bu torpaqlarda yaşayanları döyüşlə qovmuşdu. 13Ancaq İsraillilər Geşurluları və Maakatlıları qovmadılar. Geşurlularla Maakatlılar bu günə qədər İsraillilər arasında yaşayır.

14Amma Levi qəbiləsinə irs olaraq torpaq verilmədi, çünki Rəbbin Musaya dediyi kimi onların irsi İsrailin Allahı Rəbb üçün gətirilən yandırma təqdimləridir.

Ruven qəbiləsinin İordan çayının şərq tərəfindən torpaq alması

15Musa Ruven övladlarının qəbiləsinə nəsillərinə görə pay verdi. 16Onların sərhədi belə idi: Arnon vadisi kənarındakı Aroerdən, bu vadinin ortasındakı şəhər və Medva yanında olan bütün yayla; 17Xeşbon və yaylada yerləşən şəhərlərin hamısı – Divon, Bamot-Baal, Bet-Baal-Meon, 18Yahsa, Qedemot, Mefaat, 19Qiryatayim, Sivma, dərə dağında olan Seret-Şahar, 20Bet-Peor, Pisqa yamacları, Bet-Yeşimot, 21bu yaylanın bütün şəhərləri, Xeşbonda hökmranlıq edən Emorlular padşahı Sixonun bütün ölkəsi idi. Musa Sixonu və Midyan başçıları olan və onun ölkəsində yaşayan ağaları – Evini, Reqemi, Suru, Xuru, Revanı öldürdü. 22İsrail övladları öldürdükləri adamlarla birgə Beor oğlu falçı Bilamı da qılıncdan keçirtdilər. 23Ruven övladlarının sərhədi İordan çayı ilə sahil torpaqları idi. Ruven övladlarının nəsillərinə görə irsi olan şəhərlər və onların kəndləri bunlar idi.

Qad qəbiləsinin İordan çayının şərq tərəfindən torpaq alması

24Musa Qad qəbiləsinə, Qad övladlarına nəsillərinə görə torpaq verdi. 25Onların sərhədi isə belə idi: Yazer, Gileadın bütün şəhərləri və Rabba qarşısında olan Aroerə qədər Ammon övladları ölkəsinin yarısı; 26Xeşbondan Ramat-Mispa və Betonimə qədər; Maxanayimdən Devir sərhədinə qədər; 27dərədə Bet-Haram, Bet-Nimra, Sukkot, Safon, Xeşbon padşahı Sixonun ölkəsinin qalan hissəsi, İordan çayı ilə onun sahil torpaqları, İordan çayının şərq tərəfindən Kinneret gölünün cənub sahilinə qədər. 28Qad övladlarının nəsillərinə görə torpaq irsi olan şəhərlər və onların kəndləri bunlar idi.

Menaşşe qəbiləsinin yarısının İordan çayının şərq tərəfində torpaq alması

29Musa Menaşşe qəbiləsinin yarısına torpaq verdi ki, bu da Menaşşe övladları qəbiləsinin yarısı üçün, nəsillərinə görə idi. 30Onların torpağı Maxanayimdən, bütün Başan diyarı, Başan padşahı Oqun bütün ölkəsi və Başanda olan Yairin bütün qəsəbələri də daxil olmaqla altmış şəhər idi. 31Gileadın yarısı Başan padşahı Oqun ölkəsindəki Aştarot və Edrei şəhərlərini də əhatə edirdi. Bunlar Menaşşe oğlu Makir övladlarına nəsillərinə görə Makir övladlarının yarısına verilmək üçün idi.

32Yerixo şəhərinin qarşısında, İordan çayının şərq tərəfindəki Moav düzənliklərində Musanın böldüyü irs olan torpaqlar bunlar idi. 33Ancaq Musa Levi qəbiləsinə irs olaraq torpaq vermədi. Rəbbin onlara dediyi kimi İsrailin Allahı Rəbb Özü onların irsidir.

Você sabia?

A divisão da terra além do Jordão

  • Embora Josué já fosse idoso e restassem extensos territórios por conquistar — incluindo fortalezas filisteias e regiões ao norte rumo ao Líbano —, Deus ordenou que a terra a oeste do Jordão fosse repartida entre as nove tribos e meia restantes.Fontes: o próprio texto bíblico
  • O capítulo detalha a partilha feita anteriormente por Moisés a leste do Jordão, onde as terras tomadas dos reis Seom de Hesbom e Ogue de Basã foram entregues às tribos de Rúben, Gade e à meia tribo de Manassés.Fontes: o próprio texto bíblico · Sihon · Og
  • A tribo de Levi foi a única que não recebeu uma herança territorial. Em vez de terras, a sua porção provinha das ofertas queimadas ao SENHOR, sendo o próprio Deus a sua herança.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Ashdod · Hoje: Tel Ashdod · 31.757, 34.658 · versículo 3
  • Ashkelon · Hoje: Tel Ashkelon · 31.664, 34.546 · versículo 3
  • Egypt · 30.129, 31.308 · versículo 3
  • Ekron · Hoje: Tel Miqne · 31.777, 34.852 · versículo 3
  • Gaza · Hoje: Tell Harube · 31.504, 34.464 · versículo 3
  • Sidon · Hoje: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · versículo 4
  • Gebal · Hoje: Byblos · 34.119, 35.646 · versículo 5
  • Lebanon · 33.540, 35.584 · versículos 5, 6
  • Mount Hermon · 33.400, 35.850 · versículos 5, 11
  • Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículos 8, 23, 27, 32
  • Dibon · Hoje: Tall Dhiban · 31.502, 35.777 · versículos 9, 17
  • Medeba · Hoje: Madaba · 31.716, 35.795 · versículos 9, 16
  • Valley of the Arnon · Hoje: Wadi Mujib · 31.466, 35.573 · versículos 9, 16
  • Ammon · 31.955, 35.934 · versículos 10, 25
  • Bashan · 32.781, 35.935 · versículos 11, 12, 30, 31
  • Geshur · 32.767, 35.700 · versículos 11, 13
  • Gilead · Hoje: Gilead 1 · 32.187, 35.692 · versículos 11, 25, 31
  • Maacah · 33.258, 35.581 · versículos 11, 13
  • Bamoth-baal · Hoje: Khirbet el Quweiqiyeh · 31.732, 35.741 · versículo 17
  • Midian · 28.495, 35.012 · versículo 21
  • Rabbah · Hoje: Amman · 31.955, 35.934 · versículo 25
  • Sea of Galilee · 32.819, 35.590 · versículo 27
  • Havvoth-jair · 32.588, 35.726 · versículo 30
  • Jericho · Hoje: Tell es Sultan · 31.872, 35.445 · versículo 32
  • Moab · Hoje: Moab 2 · 31.840, 35.674 · versículo 32

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.