Joel 3
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Rəbb millətləri mühakimə edir
1O günlərdə Yəhuda və Yerusəlimin
Sərvətlərini geri qaytardığım zaman
2Bütün millətləri yığıb
Yehoşafat vadisinə endirəcəyəm.
İrsim və xalqım İsraildən ötrü
Orada millətləri mühakimə edəcəyəm,
Çünki xalqımı millətlər arasında dağıtdılar,
Torpağımı da böldülər.
3Xalqım üçün püşk atdılar,
Oğlan uşaqlarını fahişə əvəzinə verdilər,
İçki içsinlər deyə
Qızları şəraba satdılar».
4«Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. 5Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız, 6Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız. 7Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. 8Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi.
9«Millətlər arasında bunu elan edin:
Döyüşə hazırlaşın,
İgidləri qızışdırın,
Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın.
10Kotanlarınızdan qılınc,
Dəryazlarınızdan nizə düzəldin.
Qoy zəif olan “güclüyəm” desin.
11Tələsin, ey hər tərəfdəki millətlər,
Gəlin və toplaşın.
Ya Rəbb, igidlərini oraya endir.
12Millətlər hərəkətə gələrək
Yehoşafat vadisinə çıxsın,
Çünki hər tərəfdəki bütün millətləri
Mühakimə etmək üçün orada oturacağam.
13Oraq çalın,
Çünki məhsul yetişib.
Gəlin ayağınızla əzin,
Çünki üzümsıxanlar doludur,
Təknələr daşır.
Çünki onların pisliyi böyükdür».
14Kütlələr, mühakimə vadisində olan kütlələr,
Çünki mühakimə vadisində Rəbbin günü yaxındır!
15Günəş və ay qaralır,
Ulduzlar işıqlarını gizlədir.
16Rəbb Siondan nərə çəkəcək,
Yerusəlimdən guruldayacaq,
Göy və yer sarsılacaq.
Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer,
İsrail övladları üçün qala olacaq.
Allahın Öz xalqına xeyir-duası
17«O zaman biləcəksiniz ki,
Müqəddəs dağım Sionda məskən salan
Allahınız Rəbb Mənəm!
Yerusəlim müqəddəs olacaq,
Artıq yadellilər oradan keçməyəcək.
18O gün belə olacaq:
Dağlardan şirin şərab damacaq,
Təpələrdən süd axacaq,
Yəhudanın bütün dərələrində sular axacaq.
Rəbbin evindən bir qaynaq çıxacaq,
Əbrişimlər vadisini sulayacaq.
19Yəhuda xalqına qəddarlıq etdiyinə,
Torpaqlarında günahsız qan tökdüyünə görə
Misir viran qalacaq,
Edom izsiz bir səhra olacaq.
20Lakin Yəhuda əbədi qalacaq,
Yerusəlim nəsildən-nəslə keçəcək.
21Onların tökdüyü qanları
İndiyə qədər bağışlamamışam,
Lakin bundan sonra bağışlayacağam.
Rəbb Sionda məskən salır».

Você sabia?
O Julgamento no Vale de Josafá
- O Vale de Josafá é apresentado como o local de reunião onde as nações serão julgadas por espalharem o povo de Deus e dividirem a Sua terra. O nome está ligado a Josafá, um rei de Judá que fortificou o seu reino e buscou remover a idolatria da terra.Fontes: Valley of Jehoshaphat · Jehoshaphat · o próprio texto bíblico
- O capítulo denuncia as antigas cidades costeiras fenícias de Tiro e Sidom, juntamente com a Filístia, por levarem prata e ouro aos seus templos e venderem cativos de Judá e Jerusalém aos gregos. A profecia declara que essa ação recairá sobre suas próprias cabeças.Fontes: Tyre · Sidon · o próprio texto bíblico
- Joel convoca as nações a se prepararem para o conflito, forjando suas relhas de arado em espadas e suas podadeiras em lanças. Elas são chamadas a se reunir no vale da decisão, onde o julgamento divino será executado.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 1, 6, 16, 17, 20
- Valley of Jehoshaphat · 31.780, 35.240 · versículos 2, 12
- Philistia · 31.664, 34.546 · versículo 4
- Sidon · Hoje: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · versículo 4
- Tyre · 33.271, 35.196 · versículo 4
- Sheba · 15.348, 44.206 · versículo 8
- Valley of Decision · Hoje: Valley of Jehoshaphat · 31.780, 35.240 · versículo 14
- Zion · Hoje: Jerusalem · 31.777, 35.234 · versículos 16, 17, 21
- Edom · 30.746, 35.604 · versículo 19
- Egypt · 30.129, 31.308 · versículo 19
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org