Jó 32
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Elihu
1Beləliklə, bu üç kişi artıq Əyyuba cavab verməyi dayandırdı, çünki Əyyub öz gözündə saleh idi. 2Amma Əyyub özünü Allahdan da saleh saydığı üçün Ram nəslindən Buzlu Barakelin oğlu Elihu ona qarşı qəzəbdən alovlandı. 3Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar. 4Elihu Əyyubla danışmaq üçün növbəsini gözləyirdi, çünki əvvəlkilər yaşca ondan böyük idi. 5Bu üç nəfərin daha sözü qalmadığını görəndə o, hirsindən alışıb-yandı.
6Buzlu Barakelin oğlu Elihu belə dedi:
«Mən yaşca kiçiyəm, sizsə yaşlısınız.
Ona görə çəkindim,
Bildiyimi sizə söyləməyə qorxdum.
7Dedim “qoy danışsın çox uzun ömür sürənlər,
Qoy hikmət öyrətsin çox illərin şahidləri”.
8Həqiqətən, insanda olan ruh,
Külli-İxtiyarın nəfəsi insana ağıl verir.
9Hikmət yaşda olmaz,
Ədaləti dərk etmək yaşa baxmaz.
10Ona görə deyirəm ki, məni dinləyin,
Qoy mən də bildiyimi söyləyim.
11Siz danışarkən mən gözlədim,
Siz sözləri araşdırarkən fikirlərinizi dinlədim.
12Bütün diqqətimi sizə tərəf çevirdim,
Amma heç biriniz Əyyuba haqsızlığını sübut etmədiniz,
Onun dediklərinə cavab vermədiniz.
13Əsla deməyin ki, hikmət tapmışıq,
Haqsızlığını insan yox, Allah ona sübut etsin.
14Amma Əyyubun sözlərinin hədəfi mən deyiləm,
Sizin sözlərinizlə ona cavab verməyəcəyəm.
15Onlar məəttəl qaldılar.
Artıq cavab tapmadılar.
Deməyə sözləri qalmadı.
16Onlar danışmırlar, dayanıblar,
Cavab vermirlər deyə
Mən gözləməliyəmmi?
17Amma deməyə sözüm var,
Mən də bildiyimi söyləyim.
18Çünki sinəm sözlə doludur,
Köksümdəki ruh məni sıxır,
19Az qalır açılmamış şərab kimi,
Təzə tuluqlar kimi bağrım çatlasın.
20Qoy danışım, rahatca nəfəs alaram,
Dil açıb cavab verim.
21Heç kimin tərəfini saxlamayacağam,
Heç kimə yaltaqlıq etməyəcəyəm.
22Çünki yaltaqlıq nədir bilmərəm,
Yoxsa Yaradanım məni yox edər.

Você sabia?
Eliú entra no debate
- Eliú, filho de Baraquel, o buzita, da família de Rão, surge pela primeira vez depois que os três amigos de Jó deixam de responder. Seus discursos se estendem do capítulo 32 ao capítulo 37.Fontes: o próprio texto bíblico · Elihu · Barachel · Ram
- Eliú se irrita com ambos os lados do debate: ele fica furioso com Jó por justificar a si mesmo em vez de a Deus, e zangado com os três companheiros idosos porque condenaram Jó sem refutar seus argumentos.Fontes: o próprio texto bíblico
- Por deferência cultural aos mais velhos, Eliú permaneceu em silêncio durante os debates anteriores, acreditando que a idade ensinava sabedoria. Ele só fala quando os outros ficam sem palavras, afirmando que o verdadeiro entendimento vem do fôlego e do espírito do Todo-Poderoso, e não apenas da idade.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org