Jeremias 20
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Yeremyanın Paşxurla mübahisəsi
1Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi. 2Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə saldı. 3Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv qoydu. 4Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək. 5Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar. 6Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”».
Yeremyanın şikayəti
7Ya Rəbb, Sən məni məcbur etdin,
Mən də məcbur oldum.
Sən məndən güclüsən,
Sən mənə üstün gəldin.
Bütün gün mənə gülürlər,
Hər kəs mənimlə əylənir.
8Çünki mən danışmağa başlayan kimi
Fəryad edib
«Zorakılıq və talan!» deyə qışqırıram.
Rəbbin sözündən ötrü
Mən bütün gün rüsvay oldum,
Təhqir edildim.
9Mən fikirləşdim:
«Daha Onu yada salmayacağam,
Onun adı ilə danışmayacağam».
Onda Onun sözü sümüklərimdə həbs edilən,
Ürəyimdə yanan bir od oldu.
Onu içimdə saxlamaqdan yoruldum,
Artıq bunu edə bilmirəm.
10Çünki çoxlarının
«Hər tərəfdə dəhşət!
Onu mühakimə edin,
Biz də onu mühakimə edək!»
Deyə pıçıldaşdığını eşitdim.
Bütün güvəndiyim adamlar
Büdrəməyimi gözləyərək
«Bəlkə aldanar, onda onu məğlub edərik,
Ondan qisasımızı alarıq» dedilər.
11Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir.
Buna görə də məni təqib edənlər büdrəyəcək,
Qalib gələ bilməyəcək.
Uğur qazana bilmədikləri üçün
Böyük xəcalət çəkəcəklər.
Rüsvayçılıq əbədi olacaq,
Heç vaxt unudulmayacaq.
12Ancaq, ey Ordular Rəbbi,
Sən salehi sınağa çəkirsən,
Fikri və ürəyi görürsən.
Qoy gözüm Sənin onlardan alacağın
Qisası görsün!
Çünki işimi Sənə tapşırdım.
13Rəbbi tərənnüm edin,
Rəbbə həmd edin!
Çünki fəqiri
Zalımların əlindən qurtardı.
14Doğulduğum gün lənətə gəlsin!
Anamın məni doğduğu günə
Bir daş düşsün!
15Atamı çox sevindirərək
«Bir oğlan uşağın oldu!»
Deyə müjdə verən adam
Lənətə gəlsin.
16Qoy o adam Rəbbin
Yazığı gəlməyib dağıtdığı
Şəhərlər kimi olsun!
Səhər fəryad,
Günorta nalə eşitsin.
17Çünki bətndə ikən məni öldürmədi.
Onda anamın qarnı qəbrim olardı,
Bətni daim hamilə qalardı.
18Nə üçün ana bətnindən çıxdım?
Əzab-əziyyət görmək,
Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?

Você sabia?
A Perseguição e a Angústia Interior de Jeremias
- Pasur, o sacerdote que mandou espancar Jeremias, era filho de Imer — chefe da décima sexta ordem sacerdotal — e exercia o cargo de oficial principal na casa do SENHOR. Sua posição administrativa lhe dava autoridade para punir Jeremias e prendê-lo no tronco junto à Porta Superior de Benjamim, no templo.Fontes: Immer · Gate of Benjamin · o próprio texto bíblico
- Ao ser libertado, Jeremias declarou que Deus deu a Pasur o nome simbólico de 'Magor-Missabibe' ('terror por todos os lados'). Jeremias profetizou que Pasur, sua casa e seus amigos seriam levados cativos para a Babilônia para ali morrerem, juntamente com o saque dos tesouros de Judá.Fontes: Babylon · o próprio texto bíblico
- O capítulo revela a intensa luta emocional de Jeremias diante da zombaria pública e da vocação profética. Embora fosse ridicularizado e traído por amigos próximos, ele confessou que tentar calar a mensagem de Deus parecia um fogo ardente em seu coração, encerrado em seus ossos.Fontes: Jeremiah · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Benjamin Gate · Hoje: in Jerusalem · 31.777, 35.234 · versículo 2
- Babylon · 32.543, 44.422 · versículos 4, 5, 6
- Jerusalem · 31.777, 35.234 · versículo 5
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org