Nations Bible

Juízes 13

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Şimşonun doğulması

1İsrail övladları yenə də Rəbbin gözündə pis işlər etdilər. Rəbb onları qırx il Filiştlilərə təslim etdi.

2Dan qəbiləsindən Manoah adlı Soralı bir adam var idi. Onun arvadı doğmurdu, sonsuz idi. 3Rəbbin mələyi bu qadına görünüb dedi: «Bax indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan. 4İndidən diqqətli ol: sən nə şərab, nə də başqa kefləndirici içki içmə və dilinə heç bir haram şey dəyməsin. 5Ona görə ki sən hamilə olub bir oğul doğacaqsan və qoy onun başına ülgüc dəyməsin. Çünki uşaq ana bətnindən Allaha həsr olunmuş Nəziri olacaq. O, İsraili Filiştlilərin əlindən qurtarmağa başlayacaq».

6Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi. 7Lakin dedi ki, sən hamilə olub bir oğul doğacaqsan. İndidən sən nə şərab, nə də başqa kefləndirici içki iç və dilinə heç bir haram şey dəyməsin, çünki uşaq ana bətnindən ölən gününə qədər Allahın Nəzirisi olacaq».

8Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin». 9Allah Manoahın səsini eşitdi. Qadın çöldə oturanda Allahın mələyi yenə onun yanına gəldi. Lakin qadının əri Manoah yanında deyildi. 10Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü». 11Manoah durub arvadının arxasınca getdi və o adamın yanına gəlib soruşdu: «Arvadımla söhbət edən adam sənsənmi?» O «mənəm» dedi. 12Manoah dedi: «Sənin sözlərin yerinə yetəndə uşağın həyat tərzi və işi nə olacaq?» 13Rəbbin mələyi Manoaha dedi: «Arvadın ona tapşırdığım şeylərdən özünü qorusun. 14Tənəkdən emal olunan şeylərdən heç nə yeməsin. Nə şərab, nə də başqa kefləndirici içki içsin və dilinə heç bir haram şey dəyməsin. Qoy ona əmr etdiyim hər şeydən özünü qorusun».

15Manoah Rəbbin mələyinə dedi: «Rica edirəm, bir ayaq saxla, sənin üçün bir oğlaq kəsib yemək hazırlayaq». 16Rəbbin mələyi Manoaha dedi: «Məni burada saxlasan belə, sənin çörəyindən yemərəm. Əgər yandırma qurbanı vermək istəyirsənsə, onu Rəbbə təqdim et». Amma Manoah bilmirdi ki, bu, Rəbbin mələyidir. 17O, Rəbbin mələyinə dedi: «Sənin adın nədir ki, sözlərin yerinə yetəndə səni şərəfləndirək?» 18Rəbbin mələyi ona dedi: «Niyə adımı soruşursan? Ecazkar adım var». 19Manoah oğlağı və taxıl təqdimini götürüb qaya üzərində Rəbbə təqdim etdi. Mələk də Manoah ilə arvadının gözü önündə qeyri-adi bir şey etdi. 20Qurbangahın üstündən alov göyə qalxanda Rəbbin mələyi də qurbangahın alovu ilə bərabər göyə qalxdı. Manoahla arvadı bunu görəndə ikisi də üzüstə yerə döşəndi.

21Rəbbin mələyi bundan sonra Manoahla arvadına bir daha görünmədi. Manoah o zaman bildi ki, bu, Rəbbin mələyidir. 22Manoah arvadına dedi: «Biz mütləq öləcəyik, çünki Allahı gördük». 23Arvadı ona dedi: «Əgər Rəbb bizi öldürmək istəsəydi, bizdən yandırma qurbanı və taxıl təqdimi qəbul etməzdi. Bu şeyləri bizə göstərməz və indi eşitdiklərimizi deməzdi». 24Beləliklə, qadın bir oğul doğdu və adını Şimşon qoydu. Uşaq böyüdükcə Rəbb ona xeyir-dua verdi. 25Sora ilə Eştaol arasında, Maxane-Danda Rəbbin Ruhu onu idarə etməyə başladı.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

O nascimento e a vocação de Sansão

  • Sansão é a primeira pessoa nas Escrituras descrita como nazireu desde o nascimento. Embora os votos sob a lei de Moisés pudessem ser assumidos temporariamente, o anjo instruiu que Sansão deveria observar essas restrições, incluindo abster-se de vinho, comida impura e corte de cabelo, por toda a sua vida.Fontes: Samson · o próprio texto bíblico
  • O pai de Sansão, Manoé, pertencia à tribo de Dã e vivia em Zorá, uma cidade nas colinas com vista para o vale de Soreque. Junto com a vizinha Estaol, Zorá serviu como um importante assentamento danita durante um período de quarenta anos sob o domínio dos filisteus.Fontes: Manoah · Zorah · Eshtaol · o próprio texto bíblico
  • O capítulo termina em Maané-Dã, nome que significa o acampamento de Dã, situado entre Zorá e Estaol. Esse local marca o lugar onde o Espírito do Senhor começou a atuar sobre Sansão em sua juventude.Fontes: Mahaneh-dan · o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.