Nations Bible

Isaías 45

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Rəbb Fars padşahı Kiri seçir

1Rəbb məsh etdiyi adama –

Sağ əlindən tutduğu Kirə belə deyir.

Onun önündə millətləri baş əydirəcəyəm,

Padşahları qüdrətindən məhrum edəcəyəm,

Önündə qapıları açacağam,

Darvazalar onun qarşısında bir daha bağlanmayacaq.

Rəbb deyir:

2«Mən qarşında gedib dağları düzəngaha çevirəcəyəm,

Tunc qapıları qırıb

Dəmir qıfılları sındıracağam.

3Qaranlıqda gizlənmiş sərvətlərini,

Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm ki, biləsən:

Səni adınla çağıran Rəbb Mənəm, İsrailin Allahıyam Mən.

4Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə

Səni adınla çağırıb hörmət göstərdim,

Halbuki sən Məni tanımırdın.

5Rəbb Mənəm, başqası yoxdur,

Məndən başqa Allah yoxdur.

Səni Mən gücləndirəcəyəm,

Halbuki Məni tanımırdın.

6Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki,

Məndən savayı heç kim yoxdur,

Rəbb Mənəm, başqası yoxdur.

7Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm,

Bütün bunları edən Rəbb Mənəm.

8Ey göylər, yuxarıdan damlayın,

Qoy buludlar salehlik yağdırsın,

Torpaq açılsın, xilas bəhrəsini yetişdirsin,

Onunla birlikdə salehlik bitsin.

Bunları yaradan Rəbb Mənəm».

Hər şeyi yaradan Allahdır

9Yaradanı ilə çəkişənin vay halına!

Çəkişən özü də saxsı qablar arasında yalnız saxsı parçasıdır.

Gil öz dulusçusuna «Nə düzəldirsən?»

Yaxud «yaratdığın şeyin dəstəkləri yoxdur» deyə bilərmi?

10Atasına «Dünyaya məni nə üçün gətirdin?»

Anasına «Məni nə üçün doğdun?» deyənin vay halına!

11İsrailin Müqəddəsi,

Onu yaradan Rəbb belə deyir:

«Övladlarımın gələcəyi haqqında

Mənə sual verə bilərsinizmi?

Gördüklərim işlər barəsində

Mənə əmr edə bilərsinizmi?

12Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım.

Mənim əllərim göyləri yaydı,

Əmrimlə səma cisimləri quruldu.

13Mən Kiri ədalətlə hərəkət etməyə vadar etdim.

Yollarını dürüst edəcəyəm.

O, şəhərimi tikəcək,

Sürgün olunmuş adamlarımı

Fidyəsiz, bəxşişsiz azad edəcək».

Bunu Ordular Rəbbi deyir.

14Rəbb belə deyir:

«Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri,

Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq.

Onlar buxovlanacaq və ardınızca gedəcək,

Qarşınızda yerə sərilib yalvaracaq:

“Allah yalnız sizinlədir və başqa birisi yoxdur.

Bundan savayı Allah yoxdur”».

15Həqiqətən, Sən Özünü gizlədən Allahsan,

Ey İsrailin Allahı, ey Qurtarıcı!

16Büt düzəldənlərin hamısı utandırılacaq,

Rüsvay olacaq, xəcalət çəkib uzaqlaşacaq.

17Amma İsrailə qurtuluşu Rəbb verəcək.

Bu qurtuluş əbədi sürəcək.

Əsrlər boyu İsrail utanmayacaq, rüsvay olmayacaq.

18Göyləri yaradan Rəbb bircə olan Allahdır!

O, dünyanı yaratdı, ona quruluş verdi,

Rəbb dünyanı qarmaqarışıq yaratmadı,

Onu yaşamaq üçün qurdu.

O deyir: «Mən Rəbbəm, başqası yoxdur!

19Mən gizlində, qaranlıq dünyasında danışmadım,

Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim.

Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm.

Allah və Babilin bütləri

20Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər!

Taxta bütləri gəzdirənlər,

Xilas verməyən allahlara dua edənlər heç nə bilmir.

21Danışın, işinizi təqdim edin,

Qoy hamı birlikdə məsləhətləşib söyləsin:

“Bunu qədimdə kim bəyan etdi,

Keçmişdə kim bildirdi?”

Bunu Mən Rəbb, demədimmi?

Məndən başqa Allah,

Ədalətli Allah və Qurtarıcı yoxdur.

Məndən başqası yoxdur.

22Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar,

Mənə tərəf dönün və xilas olun!

Çünki Mən Allaham və başqası yoxdur!

23Varlığıma and içdim,

Ağzımdan çıxan kəlmə doğrudur, boşa çıxmaz.

Hər diz önümdə çökəcək,

Hər dil Mənə and içəcək.

24Mənim üçün belə deyəcəklər:

“Salehlik və qüvvət yalnız Rəbdədir.

Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar.

25Bütün İsrail nəsli Rəbdə haqq qazanacaq və izzətlənəcək”».

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

A missão de Ciro e a soberania de Deus

  • Isaías 45 menciona nominalmente Ciro, o governante persa que conquistou a Babilônia em 538 a.C. Embora Ciro fosse um rei estrangeiro, o texto o chama de ungido de Deus, cuja missão incluía subjugar nações e libertar os exilados sem preço nem recompensa.Fontes: o próprio texto bíblico · Cyrus
  • O capítulo emprega a metáfora do oleiro e do barro para repreender aqueles que questionam os métodos e a soberania de Deus. A passagem enfatiza que, assim como o barro não pode contestar o trabalho das mãos do artesão, a criação não pode questionar o governo do Criador.Fontes: o próprio texto bíblico
  • O capítulo também faz referência aos produtos e riquezas do Egito e de Cuxe submetendo-se e reconhecendo o Deus de Israel. Na geografia bíblica, Cuxe referia-se às regiões localizadas ao sul do Egito.Fontes: o próprio texto bíblico · Cush · Egypt

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Cush · Hoje: Cush 1 · 16.935, 33.751 · versículo 14
  • Egypt · 30.129, 31.308 · versículo 14

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.