Nations Bible

Isaías 43

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

İsrailin yeganə qurtarıcısı Rəbdir

1İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan,

Sənə həyat verən Rəbb belə deyir:

«Qorxma, çünki Mən səni satın aldım,

Səni adınla çağırdım, sən Mənimsən.

2Dərin sulardan keçsən belə,

Mən səninlə olacağam,

Çaylardan keçəndə batmayacaqsan,

Odun içindən qaçsan belə, yanmayacaqsan,

Alov səni məhv etməyəcək.

3Çünki Mən sənin Allahın Rəbbəm,

İsrailin Müqəddəsiyəm,

Sənin Xilaskarınam.

Misiri sənin üçün fidyə,

Kuş və Seva ölkələrini

Sənin azadlığının əvəzinə verdim.

4Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə

Səni sevdiyim üçün,

Sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm.

5Qorxma, Mən səninləyəm,

Nəslindən olanları şərqdən gətirəcəyəm,

Səni qərbdən toplayacağam.

6Şimala “ver” deyəcəyəm,

Cənuba “saxlama” söyləyəcəyəm.

Oğullarımı uzaqlardan,

Qızlarımı dünyanın ucqar yerlərindən gətir.

7Mənim adımla çağırılan hər insanı,

İzzətim üçün yaratdığım,

Bəli, həyat verdiyim,

Yaratdığım hər bir adamı gətir».

8Gözləri olan kor,

Qulaqları olan kar xalqı gətir.

9Bütün millətlər bir yerə yığılsın,

Ümmətlər toplansın.

Bunlardan kim bu sözü bəyan edər?

Olub-keçənləri bizə bildirər?

Qoy onların şahidləri irəli gəlib bəraət qazansın,

Dinləyib desin: «Bu düzdür».

10Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım,

Belə ki Məni tanıyıb, Mənə arxalanasınız,

Həm də anlayasınız ki, Mən Oyam.

Məndən əvvəl Allah mövcud olmayıb,

Məndən sonra da olmayacaq.

11Mənəm Rəbb, yalnız Mənəm,

Məndən başqa qurtarıcı yoxdur.

12Mən dedim və Mən qurtardım,

Mən bəyan etdim,

Aranızda başqa allahlar yox idi.

Sizsiniz şahidlərim».

Rəbb bəyan edir, «Allah Mənəm.

13Əzəldən bəri Mən Oyam,

Mənim əlimdən qurtaran yoxdur.

Mən bir şey edəndə buna kim mane ola bilər?»

Babildən qurtuluş

14Sizi Satınalan, İsrailin Müqəddəsi,

Rəbb belə deyir:

«Sizin xatirinizə Babilə ordu göndərəcəyəm.

Onların hamısını qaçqın edəcəyəm,

Xaldeylilər də öyündükləri gəmilərlə qaçacaq.

15Mən Rəbbəm, sizin Müqəddəsinizəm,

İsraili yaradanam, Padşahınızam».

16Dənizdə və azğın sularda yol, riz açan,

17Atlarla döyüş arabalarını,

İgid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir:

«Onlar yıxılıb, qalxa bilməyəcək,

Basdırılıb piltə kimi söndürüldü.

18Əvvəlki şeyləri yada salmayın,

Köhnə hadisələr barəsində düşünməyin.

19Budur, Mən təzə bir şey edirəm,

O artıq baş verir,

Məgər siz bunu başa düşmürsünüz?

Bəli, Mən çöllükdə yol salacağam,

Quru torpaqda çaylar yaradacağam.

20Mənim seçdiyim xalqıma su içirtmək üçün

Çöllükdə su verdiyimə görə,

Quru torpaqda çaylar yaratdığıma görə,

Vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq.

21Bu xalqı Mən Özüm üçün yaratdım ki,

Mənə həmdlər söyləsin.

İsrailin günahı

22Lakin sən, ey Yaqub nəsli,

Mənim adımı çağırmadın,

Ey İsrail, Məndən bezdin.

23Yandırma qurbanı üçün Mənə quzular gətirmədin,

Qurbanlarınla Mənə ehtiram etmədin.

Sənə təqdimlərə görə əziyyət vermədim,

Kündür təqdimləri ilə bezdirmədim.

24Mənim üçün pulla ətirli qamış almadın,

Qurbanların piyi ilə Məni doydurmadın.

Əksinə, sən günahlarını Mənə yüklədin,

Təqsirlərinlə Məni yordun.

25Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən,

Bəli, Mən günahlarını yada salmaram.

26Yadıma sal, gəl mühakiməyə gedək,

Bəraət qazanmaq üçün məhkəmədə işindən danış.

27İlk əcdadların günaha batdı,

Rəhbərlərin Mənə qarşı üsyankar oldu.

28Buna görə də Mən

İbadətgahın rəhbərlərini murdarlığa vadar etdim.

Yaqub nəslini qırğına, İsraili isə rəzalətə məhkum etdim.

Você sabia?

Redenção, Resgate e Novos Começos

  • Quando Deus declara que o Egito, Cuxe e Sebá são dados como resgate por Israel, o texto se refere a terras de destaque no nordeste da África. Cuxe ficava ao sul do Egito, enquanto Sebá era um antigo reino na mesma região, frequentemente associado a Meroé.Fontes: Egypt · Cush · Seba · o próprio texto bíblico
  • A profecia menciona especificamente o envio contra a Babilônia e o abatimento dos caldeus em seus navios. A antiga cidade imperial da Babilônia estava situada ao longo do rio Eufrates, na Baixa Mesopotâmia.Fontes: Babylon · o próprio texto bíblico
  • O capítulo é estruturado em torno de um cenário de tribunal divino, no qual Deus convoca as nações reunidas e constitui Israel como Suas testemunhas. Ele contrasta os deuses estrangeiros consigo mesmo, o único Criador e Salvador que abre caminhos no deserto e rios na terra seca.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Cush · Hoje: Cush 1 · 16.935, 33.751 · versículo 3
  • Egypt · 30.129, 31.308 · versículos 3, 17
  • Sheba · 15.348, 44.206 · versículo 3
  • Babylon · 32.543, 44.422 · versículo 14
  • Chaldea · 30.962, 46.104 · versículo 14

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.