Isaías 38
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Xizqiyanın xəstələnməsi
1O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».
2Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi: 3«Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
4Sonra Rəbbin sözü Yeşayaya nazil oldu: 5«Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram. 6Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam. 7Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: 8batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.
9Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
10«Mən öz-özümə dedim:
Ömrüm yarıya çatan zaman
Ölülər diyarının qapısından keçməliyəm,
Həyatımın qalan illərindən məhrum olmuşam.
11Dedim, Rəbbi dirilər arasında,
Bəli, Rəbbi bir daha görməyəcəyəm.
Bu dünyada yaşayanlar kimi
Artıq insan üzü görməyəcəyəm.
12Evim çoban çadırı kimi dağıldı,
Əlimdən alındı.
Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi,
Ya Rəbb, bu dəzgahdan məni kəsdin.
Bir günün içində əcəlimi çatdırdın.
13Səhərə qədər ağrılardan çığırdım,
Rəbb aslan tək bütün sümüklərimi qırır.
Bir günün içində əcəlimi çatdırdın.
14Qaranquş kimi, durna kimi çığırdım,
Mən göyərçin tək inləyirəm.
Göyə baxmaqdan gözlərim yoruldu.
Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
15Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir.
Çəkdiyim əzablardan sonra qalan illərimi
Sakit yaşayacağam.
16Ya Xudavənd, adamları yaşadan Sənsən,
Məni də Sən yaşadırsan.
Məni yenə canlandıracaqsan,
Yaşat məni!
17Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu.
Sən sevginlə canımı qəbirdən qurtardın,
Bütün günahlarımı aradan götürdün.
18Axı ölülər diyarı Sənə şükür etməz,
Ölüm həmdlər söyləməz,
Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz.
19Bu gün Sənə etdiyim kimi
Dirilər, yalnız dirilər Sənə şükür edər.
Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.
20Rəbb mənə qurtuluş verdi,
Ömrümüz boyu Rəbbin məbədində
Səni simli alətlərlə, ilahilərlə mədh edərik».
21Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın». 22Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»

Você sabia?
A Enfermidade e a Recuperação de Ezequias
- Quando o rei Ezequias adoeceu gravemente, o profeta Isaías anunciou inicialmente sua morte iminente. Após Ezequias chorar e orar com fervor, Deus prometeu acrescentar quinze anos à sua vida e defender Jerusalém do rei da Assíria.Fontes: o próprio texto bíblico · Hezekiah
- Como sinal para confirmar a promessa divina, a sombra do sol retrocedeu dez degraus na escadaria associada ao rei Acaz, pai e antecessor de Ezequias no trono de Judá.Fontes: o próprio texto bíblico · Ahaz
- Junto à intervenção divina, Isaías prescreveu um remédio medicinal prático, instruindo que aplicassem uma pasta de figos prensados sobre a úlcera do rei para que ele sarasse.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Assyria · 36.359, 43.153 · versículo 6
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org