Nations Bible

Gálatas 4

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

1Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir. 2O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır. 3Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik. 4Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, 5Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. 6Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. 7Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.

Paulun Qalatiyalılar üçün qayğıları

8Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz. 9İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz? 10Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz! 11Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.

12Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz. 13Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim. 14Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz. 15İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz. 16Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum? 17Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər. 18Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. 19Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm. 20İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.

Sara ilə Həcərin məsəli

21Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi? 22İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu. 23Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu. 24Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir. 25Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir. 26Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. 27Çünki yazılıb:

«Şənlən, ey sonsuz, qısır qadın!

Sevinclə mahnı oxu, qışqır,

Ey doğuş ağrısı çəkməyən qadın!

Çünki atılmış qadının övladları

Ərli qadının övladlarından çoxdur».

28Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız. 29Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir. 30Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq». 31Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

Já não escravos, mas filhos

  • Este capítulo diz que Abraão teve dois filhos, um da escrava e outro da mulher livre, e que as duas mulheres representam duas alianças. Agar, a escrava, era egípcia, serva de Sara, dada a Abraão como segunda esposa; seu filho foi Ismael. Isaque, único filho de Abraão com Sara, é o filho da promessa ao qual o capítulo compara seus leitores.Fontes: o próprio texto bíblico · Hagar · Isaac
  • O capítulo identifica Agar com o monte Sinai, na Arábia, montanha também chamada Horebe. O Dicionário Bíblico de Easton (1897) descreve essa região montanhosa como o lugar a que os hebreus chegaram no terceiro mês depois do Êxodo, onde acamparam cerca de um ano, e situa a península do Sinai na Arábia Ocidental.Fontes: o próprio texto bíblico · Mount Sinai · Arabia
  • O capítulo contrapõe a Jerusalém do seu próprio tempo, que diz estar escravizada com os seus filhos, à Jerusalém do alto, que chama de livre. O Dicionário Bíblico de Easton (1897) a chama de cidade santa e de cidade de Deus, e diz que o nome, na forma dual, significa posse da paz ou fundação da paz, referindo-se provavelmente aos montes Sião e Moriá ou, como alguns supõem, à cidade alta e à cidade baixa.Fontes: o próprio texto bíblico · Jerusalem

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Arabia · Hoje: Arabia Petraea · 30.070, 35.350 · versículo 25
  • Jerusalem · 31.777, 35.234 · versículos 25, 26

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.