Esdras 10
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Yadellilərlə nikahın pozulması
1Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı. 2Elam övladlarından Yexiel oğlu Şekanya Ezraya müraciət edib dedi: «Biz Allahımıza xəyanət edərək ətrafımızdakı xalqlardan yadelli arvadlar aldıq. Buna baxmayaraq, hələ də İsraillilərin ümidi var. 3Ağamızın və Allahımızın əmri üzərində əsənlərin məsləhətinə görə bütün belə arvadları və onlardan doğulanları ataq. Gəlin bunun üçün indi Allahımızla əhd bağlayaq. Qoy bu Qanuna görə edilsin. 4Qalx, çünki bu işin məsuliyyətini daşıyan sənsən və biz də səninləyik. Ürəkli ol, işə başla!»
5Ezra ayağa qalxdı. Kahinlərin rəhbərlərinə, Levililərə və digər İsraillilərə bu sözü yerinə yetirmələri üçün and içdirdi. Onlar da and içdilər. 6Ezra Allah evinin qarşısından ayrılıb Elyaşivin oğlu Yehoxananın otağına girdi. Gecəni orada keçirib nə çörək yedi, nə də su içdi, çünki sürgündən qayıdanların bu xəyanətinə görə yas tuturdu. 7Yəhudada və Yerusəlimdə sürgündən qayıdanların hamısına elan etdilər ki, Yerusəlimə yığılsınlar. 8Başçıların və ağsaqqalların məsləhətinə görə üç gün ərzində buraya gəlməyən hər adamın bütün əmlakı müsadirə ediləcək və özü də sürgündən qayıdan camaatın içərisindən çıxarılacaq.
9Yəhudanın və Binyaminin bütün adamları üç gün ərzində Yerusəlimə yığıldı. Bu doqquzuncu ayın iyirmisində oldu. Bütün xalq bu hadisədən, həm də yağışdan ötrü əsə-əsə Allah evinin qarşısında, meydanda oturdu. 10Kahin Ezra ayağa qalxıb onlara dedi: «Siz xəyanət etmisiniz. İsrailin günahını daha da artıraraq yadelli arvadlar almısınız. 11İndi atalarınızın Allahı Rəbbə öz günahlarınızı etiraf edin və Onun iradəsini yerinə yetirin. Ətrafınızdakı xalqlardan, yadelli arvadlardan ayrılın». 12Bütün camaat bərkdən cavab verib dedi: «Bəli, haqlısan, sənin sözlərinə əməl etmək bizim borcumuzdur. 13Amma yağış vaxtıdır, bayırda dayanmağa taqətimiz yoxdur, xalq isə çoxdur. Bu iş bir-iki günün işi deyil. Çünki belə əməllə günahımızı artırmışıq. 14Qoy bütün xalqı rəhbərlərimiz təmsil etsin. Bu işə görə Allahımızın coşan qəzəbi soyuyanadək şəhərlərimizdəki hər yadelli arvad alan şəxs şəhər ağsaqqalları və hakimlərlə bərabər təyin olunacaq vaxtda buraya gəlsin». 15Buna qarşı yalnız Asahel oğlu Yonatan və Tiqva oğlu Yaxzeya çıxdı. Meşullamla Levili Şabbetay da onlara kömək etdi.
16Sürgündən qayıdanlar bu sözə əməl etdi. Kahin Ezra hər nəsildən nəsil başçısını seçib hamısının adını bəyan etdi. Onuncu ayın birində isə oturub bu işi araşdırmağa başladılar. 17Onlar birinci ayın birinci gününə qədər yadelli arvad alanların hamısı barədə lazımi qərar çıxartdılar.
18Kahin övladları arasında yadelli arvad alanlardan bunlar tapıldı: Yosadaqın oğlu Yeşua övladlarından və qardaşlarından Maaseya Eliezer, Yariv və Gedalya. 19Onlar da arvadlarını boşayacaqlarına dair əlbir oldu və öz təqsirlərinə görə təqsir qurbanı olaraq bir qoç təqdim etdi. 20İmmer övladlarından Xanani və Zevadya, 21Xarim övladlarından Maaseya, Eliya, Şemaya, Yexiel, Uzziya, 22Paşxur övladlarından Elyoenay, Maaseya, İsmail, Netanel, Yozavad və Elasa;
23Levililərdən: Yozavad, Şimey, Qelaya, yəni Qelita, Petahya, Yəhuda və Eliezer;
24İlahiçilərdən: Elyaşiv, məbəd qapıçılarından Şallum, Telem və Uri;
25Digər İsraillilərdən – Paroş övladlarından Ramya, İzziya, Malkiya, Miyamin, Eleazar, Malkiya və Benaya; 26Elam övladlarından Mattanya, Zəkəriyyə, Yexiel, Avdi, Yeremot və Eliya; 27Zattu övladlarından Elyoenay, Elyaşiv, Mattanya, Yeremot, Zavad və Aziza; 28Bevay övladlarından Yehoxanan, Xananya, Zabbay, Atlay; 29Bani övladlarından Meşullam, Malluk, Adaya, Yaşuv, Şeal, Yeremot; 30Paxat-Moav övladlarından Adna, Kelal, Benaya, Maaseya, Mattanya, Besalel, Binnuy və Menaşşe; 31Xarim övladlarından Eliezer, İşşiya, Malkiya, Şemaya və Şimeon, 32Binyamin, Malluk, Şemarya; 33Xaşum övladlarından Mattenay, Mattata, Zavad, Elifelet, Yeremay, Menaşşe, Şimey; 34Bani övladlarından Maaday, Amram, Uel, 35Benaya, Bedeya, Keluhi, 36Vanya, Meremot, Elyaşiv, 37Mattanya, Mattenay, Yaasay, 38Bani, Binnuy, Şimey, 39Şelemya, Natan, Adaya, 40Maknadvay, Şaşay, Şaray, 41Azarel, Şelemya, Şemarya, 42Şallum, Amarya, Yusif; 43Nevo övladlarından Yeiel, Mattitya, Zavad, Zevina, Yadday, Yoel və Benaya.
44Bu adamların hamısı yadelli arvad almışdı və bəzilərinin bu arvadlardan uşaqları da var idi.

Você sabia?
A assembleia e o juramento de separação
- Para tratar da questão dos casamentos mistos, os líderes emitiram uma proclamação exigindo que todos os exilados em Judá e Benjamim se reunissem em Jerusalém em até três dias, sob pena de confisco de bens e expulsão da comunidade. Ao se reunirem na praça diante da casa de Deus, as pessoas tremiam tanto pela gravidade da situação quanto pela chuva intensa.Fontes: o próprio texto bíblico · Jerusalem
- Como a grande multidão não podia permanecer ao ar livre durante o período de chuvas de inverno, a comunidade organizou um inquérito formal. Esdras e os chefes de família designados examinaram os casos cidade por cidade ao longo de três meses inteiros, do primeiro dia do décimo mês ao primeiro dia do primeiro mês.Fontes: o próprio texto bíblico · Ezra
- O capítulo e o livro se encerram com um registro minucioso de mais de cem homens que haviam tomado mulheres estrangeiras. A lista demonstra que os casamentos mistos atingiram todos os níveis da sociedade pós-exílica, incluindo descendentes da linhagem sacerdotal, levitas, cantores do templo, porteiros e cidadãos comuns.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org