Nations Bible

Ezequiel 45

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Rəbbə verilən torpaq payı

1Ölkəni irs olaraq payladığınız zaman Rəbb üçün torpaqdan pay kimi iyirmi beş min qulac uzunluğunda, on min qulac enində müqəddəs bir bölgə ayırın. Bütün bu bölgə müqəddəs olacaq. 2Bu bölgədən dördbucaqlı şəklində uzunluğu və eni beş yüz qulaclıq bir hissə müqəddəs məskən üçün, əlli qulaclıq bir yer isə ətrafındakı açıq sahə üçün ayrılsın. 3Bu ölçü ilə bir hissə ölç: uzunluğu iyirmi beş min qulac və eni on min qulac olsun. Müqəddəs məkan – Ən Müqəddəs yer orada olacaq. 4Bu, ölkənin müqəddəs payı olacaq. Bu yer məbəddə xidmət etmək üçün Rəbbə yaxınlaşan kahinlərə ayrılacaq. Burada kahinlərin evləri, Müqəddəs məkan üçün müqəddəs yer olacaq. 5Məbəddə xidmət edən Levililərə mülk olaraq iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir bölgə verilsin. Orada yaşamaları üçün onlara məxsus şəhərlər olacaq.

6Müqəddəs bölgəyə düşən hissə ilə birlikdə şəhər üçün eni beş min, uzunluğu iyirmi beş min qulac olan bir hissə ayırın. Bu bütün İsrail xalqı üçündür.

Başçıya verilən torpaq payı

7Müqəddəs bölgəyə düşən hissə ilə şəhərə düşən hissənin hər iki tərəfindəki torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar qərbdən-qərbə, şərqdən-şərqə doğru uzanacaq və qərb sərhədindən şərq sərhədinə qədər uzunluğu bir İsrail qəbiləsinə düşən hissə qədərdir. 8Bu torpaq İsrail rəhbərinin payı olacaq. Bundan sonra rəhbərlərim xalqıma bir daha zülm etməyəcək, ancaq ölkəni qəbilələrinə görə İsrail nəslinə verəcək”.

9Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir. 10“Düzgün tərəzi ilə çəkin. Çəkdiyiniz efa da, bat da düzgün olsun. 11Efa ilə bat eyni çəkidə olsun. Bat xomerin onda birinə, efa da xomerin onda birinə bərabər olmalıdır. İkisinin çəkisi də xomerə görə olsun. 12Bir şekel iyirmi geraya bərabər olmalıdır. İyirmi, iyirmi beş, on beş şekel birlikdə bir minaya bərabər olmalıdır.

Qurbanlar və bayramlar

13Gətirəcəyiniz təqdimlər bunlardır: hər xomer buğdadan efanın altıda biri qədər buğda, hər xomer arpadan efanın altıda biri qədər arpa verin. 14Zeytun yağını isə bat çəkisinə görə ölçün və hər kor zeytun yağından batın onda biri qədər təqdim edin. Bir kor on bat yaxud bir xomerə bərabərdir. 15İsrailin sulu otlaqlarındakı sürüdən iki yüz qoyundan bir qoyun götürülsün. Bu qoyunlardan taxıl təqdimləri, yandırma qurbanları və ünsiyyət qurbanları üçün istifadə edilsin ki, xalq kəffarə olunsun” Xudavənd Rəbb belə bəyan edir. 16“Bütün ölkə xalqı bu təqdimi İsrail rəhbərinə verəcək. 17İsraildə keçirilən bütün bayramlarda – şənliklərdə, Təzə Ay mərasimlərində və Şənbə günlərində yandırma qurbanları, taxıl və içmə təqdimlərini təmin etmək rəhbərin işi olacaq. Günah qurbanını, taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər təmin edəcək ki, İsrail nəsli üçün kəffarə versin”.

18Xudavənd Rəbb belə deyir: “Birinci ayın birinci günü qüsursuz bir buğa götürüb Müqəddəs məkanı pak et. 19Kahin günah qurbanının qanından götürüb məbədin darvazasının yan taxtalarına, qurbangahın üst çıxıntısının dörd küncünə, içəri həyətin darvazasının yan taxtalarına sürtsün. 20Səhvən yaxud bilmədən günah etmiş adam üçün də həmin ayın yeddinci günü eyni şeyi et. Beləcə məbədi pak edəcəksən.

21Birinci ayın on dördüncü günü Pasxa bayramını yeddi gün keçirin və mayasız çörək yeyin. 22O gün rəhbər özü və bütün ölkə xalqı üçün günah qurbanı olaraq bir buğa hazırlasın. 23Yeddi gün bayram ərzində hər gün Rəbbə yandırma qurbanı olaraq qüsursuz yeddi buğa ilə yeddi qoç, günah qurbanı olaraq bir təkə təmin etsin. 24Taxıl təqdimi olaraq hər buğa və qoç üçün bir efa taxıl, hər efa üçün bir hin zeytun yağı təmin etsin.

25Yeddinci ayın on beşinci günü başlayan və yeddi gün davam edən bayramda rəhbər günah qurbanlarını, yandırma qurbanlarını, taxıl təqdimlərini və zeytun yağını hər gün eyni miqdarda təmin etsin”.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

A porção santa da terra e a liderança justa

  • A visão estabelece um distrito sagrado dedicado ao santuário, com terras designadas para sacerdotes, levitas e a cidade, ladeado por propriedades para o príncipe, para que os governantes não desapropriassem nem oprimissem o povo.Fontes: o próprio texto bíblico
  • O texto exige justiça econômica ao padronizar as medidas comerciais, fixando tanto o bate líquido quanto o efa seco em um décimo de um ômer, e definindo uma mina como sessenta siclos.Fontes: o próprio texto bíblico
  • Em vez de exigir sacrifícios para benefício próprio, o príncipe é encarregado de fornecer as ofertas comunitárias de cereais, azeite e animais para as festas fixas, os sábados e a Páscoa.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Most Holy Place · Hoje: on Mount Moriah · 31.778, 35.236 · versículo 3

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.