Ezequiel 26
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Sur şəhərinin əleyhinə peyğəmbərlik
1Sürgünlüyümüzün on birinci ilində, ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu: 2«Ey bəşər oğlu, Yerusəlimə qarşı Sur belə dedi: “Nə yaxşı ki xalqların qapısı olan şəhər dağıldı, darvazaları mənim üçün açıldı. O dağıldığı üçün mən varlanacağam”. 3Bu sözlərə görə Xudavənd Rəbb belə deyir: “Ey Sur, Mən sənə qarşı gəlirəm. Dəniz necə dalğalarını coşdurursa, Mən də eləcə çoxlu milləti sənin üstünə coşduracağam. 4Onlar Surun divarlarını dağıdacaq və qüllələrini uçuracaq. Töküntülərini silib-süpürəcək, onu çılpaq bir qayaya çevirəcəyəm. 5Sur dənizin ortasında torların sərildiyi bir yer olacaq, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. Sur millətlər üçün qarət malı olacaq. 6Oraya tabe olan sahil şəhərlərində yaşayanlar qılıncla öldürüləcək. Onda biləcəklər ki, Rəbb Mənəm”.
7Xudavənd Rəbb belə deyir: “Mən padşahlar padşahı olan Babil padşahı Navuxodonosoru atlar, döyüş arabaları, süvarilər, qoşun və çoxlu xalqla birgə şimaldan Surun üstünə gətirəcəyəm. 8Ey Sur, o sənə tabe olan sahil şəhərlərində yaşayanları qılıncla öldürəcək, sənə qarşı mühasirə divarları, torpaq qalağı quracaq və sipərini əleyhinə qaldıracaq. 9Sənin divarlarını vurub-dəlmək üçün qoçbaşı alətləri quracaq, baltaları ilə qüllələrini uçuracaq. 10Atları çox olduğu üçün onların tozu səni örtəcək. Divarlarında oyuq açılmış bir şəhərə girilən tək sənin darvazalarından girdikləri zaman atlıların, təkərlərin və döyüş arabalarının gurultusundan divarların titrəyəcək. 11O öz atlarının dırnaqları ilə sənin bütün küçələrini tapdalayıb xarab edəcək, xalqını qılıncla öldürəcək. Möhkəm sütunların yerlə yeksan olacaq. 12Onlar sərvətini talan edəcək, ticarət mallarını qarət edəcək. Sənin divarlarını dağıdacaq, gözəl evlərini uçuracaq, daşlarını, taxtalarını və töküntülərini suya atacaqlar. 13Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək. 14Səni çılpaq bir qayaya çevirəcəyəm, torların sərildiyi bir yer olacaqsan. Bir daha tikilməyəcəksən”, çünki Mən Rəbb bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.
15Xudavənd Rəbb Sura belə deyir: “Səndə qırğın olanda, yaralılar inildəyəndə dağılmağının gurultusundan sahil xalqları titrəməyəcəkmi? 16Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək. 17Onlar sənin üçün mərsiyə oxuyub deyəcək:
‹Dənizçilərin yaşadığı məşhur şəhər,
Sən necə məhv oldun?
Dənizdə güclü idin.
Sən və sənin əhalin
Sahildə yaşayanların hamısını
Dəhşətə salmışdınız.
18İndi dağıldığın gün
Adalar titrəyir,
Adalarda yaşayanlar
Sənin yıxılmağından heyrətə düşür›”.
19Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi xaraba bir şəhərə çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt dərin sular səni örtəndə 20qəbirə enənlərlə birgə qədim zamanlarda yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə birgə qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam ki, bir daha qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim. 21Aqibətini dəhşətli edəcəyəm. Sən artıq yox olacaqsan. Səni axtaracaq, ancaq tapmayacaqlar” Xudavənd Rəbb belə bəyan edir».

Você sabia?
A profecia contra Tiro
- Tiro era uma renomada cidade portuária fenícia cujos navegadores dominavam o comércio no Mediterrâneo. Neste capítulo, Tiro comemora a queda de Jerusalém, antecipando que o colapso da cidade interiorana redirecionaria riquezas e rotas comerciais lucrativas para os seus próprios portos.Fontes: Tyre · o próprio texto bíblico
- O nome Tiro significa "uma rocha". Ezequiel enfatiza essa identidade ao profetizar que a próspera cidade marítima seria raspada de seu solo até se tornar uma rocha nua, servindo apenas como um local desolado onde pescadores estendem suas redes para secar.Fontes: Tyre · o próprio texto bíblico
- Nabucodonosor II, o poderoso rei da Babilônia, é identificado nominalmente como o executor do juízo trazido contra Tiro. Ezequiel descreve o avanço de seu exército com cavalaria, carros de guerra, rampas de cerco e aríetes contra as fortificações e aldeias costeiras.Fontes: Nebuchadnezzar · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículo 2
- Tyre · 33.271, 35.196 · versículos 2, 3, 4, 5, 7, 15, 19
- Babylon · 32.543, 44.422 · versículo 7
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org