Nations Bible

Ezequiel 17

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

İsrailin qartal və tənəklə müqayisəsi

1Mənə Rəbbin bu sözü nazil oldu: 2«Ey bəşər oğlu, İsrail nəslinə bir tapmaca de və bir məsəl danışıb 3söylə ki, Xudavənd Rəbb belə deyir: “Qanadları böyük, lələkləri uzun, üstü rəngbərəng tüklərlə dolu iri bir qartal Livana uçdu və sidr ağacının başından bir zoğ götürdü. 4Onun körpə budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər şəhərinə qoydu. 5O torpağın toxumunu götürüb bərəkətli torpaqda əkdi. Söyüd ağacı əkilən kimi onu gur axan suların kənarında yerləşdirdi. 6O da böyüyüb enli, balacaboy bir üzüm meynəsi oldu. Budaqları qartala doğru əyilirdi, kökləri isə altında qalırdı. Beləcə şaxə verən, budaq salan bir üzüm tənəyi oldu.

7Böyük qanadları, çoxlu tükləri olan başqa iri qartal da var idi. Üzüm tənəyi köklərini ona tərəf döndərdi, budaqlarını əkildiyi ləklərdən ona doğru uzatdı ki, sulansın. 8O, gur axan suların kənarında, bərəkətli torpaqda əkildi ki, qol-budaq atsın, meyvə yetirsin və möhtəşəm bir üzüm tənəyi olsun”.

9Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli olacaqmı? Əvvəlki qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün qoparmayacaqmı? Onun təzə bitən bütün pöhrələri quruyacaq. Kökündən qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu adama ehtiyac olmayacaq. 10O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan kimi tamamilə qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”».

11Mənə Rəbbin bu sözü nazil oldu: 12«İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz yanına apardı. 13Padşah nəslindən olan bir nəfəri götürərək onunla əhd kəsib and içdirdi. Ölkənin igid adamlarını da götürüb apardı ki, 14padşahlıq alçaldılıb daha qalxa bilməsin və əhdinə sadiq olub yerində qalsın. 15Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat qalacaqmı?” 16Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, hökmən onu taxta oturdan padşahın ölkəsində – Babildə öləcək, çünki içdiyi anda xor baxdı, bağladığı əhdi pozdu. 17Babillilər çoxlu adam qırmaq üçün torpaq qalağı və mühasirə divarları düzəldəndə firon güclü ordusu, böyük qoşunu ilə müharibədə ona kömək edə bilməyəcək. 18Çünki o, əhdi pozaraq içdiyi anda xor baxdı, söz verdiyi halda bütün bu işləri etdiyinə görə özü də qaçıb qurtara bilməyəcək”.

19Buna görə də Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün onu cəzalandıracağam. 20Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz tələmə salıb Babilə gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu mühakimə edəcəyəm. 21Onun bütün fərari əsgərləri qılıncla həlak olacaq, yerdə qalanlar küləyin əsdiyi dörd tərəfə dağılacaq. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim”.

22Xudavənd Rəbb belə deyir:

“Mən hündür sidr ağacının başından

Bir zoğ götürüb əkəcəyəm.

Onun budaqlarının başından

Zərif bir budaq qoparacağam,

Onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm.

23Onu İsrailin uca dağına əkəcəyəm.

O, qol-budaq atıb meyvə verəcək,

Möhtəşəm bir sidr ağacı olacaq.

Hər cür quş onun altına sığınacaq,

Budaqlarının kölgəsində yuva quracaq.

24Bütün çöl ağacları biləcək ki,

Hündür ağacı Mən Rəbb alçaltdım,

Alçaq ağacı yüksəltdim,

Yaşıl ağacı qurutdum,

Quru ağacı yaşıllaşdırdım.

Mən Rəbb bunu söylədim və

Hökmən yerinə yetirəcəyəm”».

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

A parábola das águias e do cedro

  • Ezequiel apresenta uma alegoria política em que a primeira grande águia representa o rei da Babilônia, que levou a liderança real de Jerusalém para o cativeiro e estabeleceu um rei vassalo sob uma aliança solene. A segunda águia representa o Egito e seu faraó, a quem o governante de Judá recorreu em busca de cavalos e auxílio militar, quebrando sua aliança.Fontes: o próprio texto bíblico · Babylon · Egypt · Pharaoh
  • Na mensagem profética, romper um juramento de vassalagem firmado com a Babilônia foi considerado não apenas uma rebelião diplomática, mas uma traição espiritual contra Deus, que considerava o juramento prestado como Sua própria aliança.Fontes: o próprio texto bíblico
  • O capítulo se encerra revertendo os planos políticos humanos: o próprio Deus promete tirar um renovo tenro do topo do cedro e plantá-lo nas alturas montanhosas de Israel, onde ele se tornará uma árvore majestosa que dará abrigo a aves de todo tipo.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Lebanon · 33.540, 35.584 · versículo 3
  • Canaan · 32.767, 35.333 · versículo 4
  • Babylon · 32.543, 44.422 · versículos 12, 14, 15, 16, 17, 20
  • Jerusalem · 31.777, 35.234 · versículos 12, 17
  • Egypt · 30.129, 31.308 · versículo 15

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.