Eclesiastes 8
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
1Kim hikmətli adama tay ola bilər?
Şeylərin mənasını kim bilər?
Hikmət insanın üzünü nurlandırar,
Tutqun simasını dəyişdirər.
Padşaha itaət
2Mən deyirəm: padşahın hökmünə qulaq as, çünki Allaha and içmisən. 3Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad etmə, çünki o istədiyi hər şeyi edə bilər.
4Padşahın sözündə səlahiyyət var.
Kim ona “Nə edirsən?” deyə bilər?
5Onun hökmünü yerinə yetirən
Heç bir bəlaya düşməz.
Hikmətli adamın ürəyi
Bunun vaxtını da, qaydasını da bilir.
6Axı hər şeyin həm öz vaxtı,
Həm də öz qaydası var.
Hərçənd ki insanın daşıdığı dərd çox ağırdır.
7Çünki kim bilir ki, nə olacaq?
Bəs kim ona deyə bilər ki, necə olacaq?
8Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi
Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz.
Döyüşçü meydanı tərk etmədiyi kimi
Pislik də pis adamı tərk etməz.
9Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət etdim: bir adamın başqa adama ağalıq etməsi başına bəla olur. 10Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur. 11Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır. 12Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm. 13Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur.
14Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur.
15Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır.
16O zaman ürəyimdə niyyət etdim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım. 17Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz.

Você sabia?
Sabedoria Diante do Poder e da Injustiça
- O autor aconselha prudência ao lidar com a autoridade real, observando que a palavra do rei é soberana e que ele age como deseja. Recomenda-se guardar as ordens do monarca por causa do juramento diante de Deus, discernindo o tempo e o modo corretos de agir.Fontes: o próprio texto bíblico
- O texto aborda a frustração diante da demora da justiça, apontando que a falta de punição imediata encoraja as pessoas a praticarem o mal. Observa-se também a aparente incoerência da vida, na qual os justos por vezes recebem o que cabe aos ímpios, e os ímpios recebem o que cabe aos justos.Fontes: o próprio texto bíblico
- Ao refletir sobre os limites do conhecimento humano, o autor conclui que ninguém consegue compreender plenamente as obras de Deus realizadas debaixo do sol, mesmo que se esforce dia e noite sem dormir para investigá-las.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org