Eclesiastes 2
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Şadlığın puçluğu
1Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. 2Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim. 3Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.
4Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, 5özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. 6Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. 7Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi. 8Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.
9Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.
10Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim,
Ürəyimi heç bir həzzdən məhrum etmədim,
Könlüm etdiyim hər işdən zövq aldı.
Bu çəkdiyim bütün zəhmətlərin payı idi.
11Mən etdiyim bütün işlərə,
Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım:
Gördüm ki, hər şey puçdur,
Külək dalınca qaçmağa bənzər.
Səma altında bunların faydası yoxdur.
Hikmət və ağılsızlıq puçdur
12Sonra mən hikmət, dəlilik və ağılsızlığın
Nə olduğuna dönüb baxdım.
Bundan sonra padşah olan adam
İndiyə qədər görülən işlərdən başqa
Nə edə bilər ki?
13Mən gördüm ki,
Necə işıq qaranlıqdan üstündürsə,
Hikmət də ağılsızlıqdan eləcə üstündür.
14Hikmətli adamın gözləri yerindədir,
Ağılsız adam isə qaranlıqda gəzir.
Lakin mən yenə bilirəm ki,
İkisinin də aqibəti eyni cür olur.
15Mən ürəyimdə dedim:
“Mənim də aqibətim ağılsız adamın
Aqibəti kimi olacaq.
Onda hikmətli olmağımın
Nə faydası var?”
Ona görə də ürəyimdə dedim:
“Bu da puçdur”.
16Çünki müdrik adam da
Ağılsız adam kimi
Bir daha xatırlanmayacaq,
Gələcək dövrdə hamısı unudulacaq.
Heyf ki hikmətli adam da
Ağılsız adam kimi ölür!
17Beləcə həyata nifrət etdim,
Çünki səma altında edilən işlər
Mənim üçün dərddir.
Hər şey puçdur,
Külək dalınca qaçmağa bənzər.
Zəhmətin puçluğu
18Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm. 19Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur. 20Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm. 21Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir. 22İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? 23Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
24İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır. 25Çünki Onsuz kim yeyə, kim kef çəkə bilər? 26Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

Você sabia?
A Busca por Prazer e Significado
- O narrador de Eclesiastes testa o valor da riqueza realizando grandes projetos de construção, plantando vinhedos e pomares, construindo reservatórios e acumulando ouro, prata e servos, superando todos os que governaram em Jerusalém antes dele.Fontes: o próprio texto bíblico · Jerusalem
- Embora a sabedoria seja reconhecida como superior à insensatez assim como a luz supera as trevas, o autor observa que tanto o sábio quanto o tolo enfrentam no fim o mesmo destino da morte e do esquecimento.Fontes: o próprio texto bíblico
- Apesar do desespero com a futilidade de deixar o fruto do trabalho para um sucessor desconhecido, o capítulo conclui que poder comer, beber e desfrutar do próprio trabalho é um dom que vem das mãos de Deus.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org