Deuteronômio 23
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Camaat arasına daxil ola bilməyənlər
1Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz.
2Qeyri-qanuni doğulan şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. Onun övladları, hətta onuncu nəslə qədər olanı Rəbbin camaatı arasına daxil ola bilməz.
3Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz, 4çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular. 5Lakin Allahınız Rəbb Bilamı dinləmək istəmədi. Ona görə də Allahınız Rəbb bu lənəti xeyir-duaya çevirdi, çünki O sizi sevir. 6Nə qədər ömrünüz varsa, onların xeyri və rifahı üçün çalışmayın.
7Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz. 8Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər.
Ordugahın təmizliyi
9Düşmənlərinizlə döyüşmək üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun. 10Əgər gecə yatarkən aranızda toxumu tökülən şəxs olarsa, o, ordugahdan kənara çıxsın və buraya daxil olmasın. 11Axşamadək yuyunsun və gün batandan sonra ordugaha qayıtsın.
12Ordugahınızdan kənarda ayaqyolu üçün yer təyin edin. 13Sursatınız arasında yer qazmaq üçün bel də olsun ki, ayaqyoluna gedəndə ifrazatın üstünü basdıra biləsiniz. 14Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin.
Müxtəlif qanunlar
15Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın. 16Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin.
17İsrailli qadın və kişilər arasından heç kim məbəd fahişəliyi etməsin. 18Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir.
19Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin. 20Yadellidənsə faiz ala bilərsiniz, amma soydaşlarınızdan almayın ki, Allahınız Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əl atdığınız hər işə xeyir-dua versin.
21Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır. 22Amma əhd etməkdən çəkinirsinizsə, bu, günah deyil. 23Ağzınızdan çıxanı yerinə yetirməyə diqqət edin, çünki Allahınız Rəbbə əhd edərək ürəkdən təqdim etməlisiniz.
24Qonşunuzun bağına girəndə doyunca üzüm yeyə bilərsiniz, amma səbətinizə yığmayın. 25Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın.

Você sabia?
Pureza da Comunidade e Leis Sociais
- Amonitas e moabitas foram excluídos da assembleia porque não ofereceram pão e água e contrataram Balaão, filho de Beor, contra Israel. Balaão era de Petor, em Arã-Naaraim (Mesopotâmia), uma região entre os rios Tigre e Eufrates onde Petor é identificada com o antigo sítio de Pitru.Fontes: o próprio texto bíblico · Balaam · Pethor · Mesopotamia
- Em contraste com a exclusão de Amom e Moabe, os israelitas foram instruídos a não abominar os edomitas, considerados irmãos, nem os egípcios, em cuja terra viveram como estrangeiros. Os descendentes da terceira geração de ambos os grupos podiam entrar na assembleia do Senhor.Fontes: o próprio texto bíblico · Egypt
- O capítulo estabelece proteções sociais e militares distintas, incluindo dar refúgio a escravos fugitivos em vez de devolvê-los aos seus senhores. Também permitia que viajantes famintos colhessem uvas ou espigas com a mão no campo do próximo para comer, desde que não usassem recipientes nem foices.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Egypt · 30.129, 31.308 · versículo 4
- Mesopotamia · Hoje: Aram-naharaim · 36.864, 39.033 · versículo 4
- Pethor · Hoje: Til Barsip · 36.701, 38.087 · versículo 4
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org