Deuteronômio 1
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Sobre este livro
Sobre Deuteronômio
- O dicionário bíblico de Easton (1897) explica que o nome grego Deuteronomion, a segunda lei, deu origem a Deuteronômio: uma segunda exposição de leis já promulgadas. Afirma que a divisão do Pentateuco em cinco livros foi provavelmente feita primeiro pelos tradutores gregos, seguidos pela Vulgata. Os judeus designam o livro pelas palavras hebraicas iniciais, 'Elle haddabharim, Estas são as palavras.Fontes: Easton: Deuteronomy
- O dicionário bíblico de Easton (1897) apresenta Deuteronômio sobretudo como três discursos proferidos por Moisés pouco antes de sua morte, dirigidos a todo o Israel no décimo primeiro mês do último ano das peregrinações no deserto. Diz que o relato de sua morte e sepultura foi escrito por outra mão, provavelmente a de Josué, que lhe sucedeu como líder de Israel.Fontes: Easton: Deuteronomy · Joshua
- Os discursos de Deuteronômio se passam nas planícies de Moabe, a leste do Jordão e defronte de Jericó, o último acampamento de Israel antes de entrar em Canaã, região então em poder dos amorreus. A leste do Jordão, os israelitas haviam derrotado Seom, rei dos amorreus, cujo país ia do Arnom ao Jaboque, e Ogue, rei de Basã, cujo reino foi dado a Rúben, Gade e à meia tribo de Manassés.Fontes: Easton: Deuteronomy · Moab · Sihon · Og
- O dicionário bíblico de Easton (1897) descreve três discursos: o primeiro (1-4:40) recapitula quarenta anos no deserto, exorta à obediência às ordenanças divinas e adverte contra abandonar o Deus de seus pais; o segundo (5-26:19), o corpo do livro, retoma a lei dada no monte Sinai e instrui Israel para a vida em Canaã; o terceiro (capítulos 27-30) apresenta bênçãos aos obedientes e a maldição sobre os rebeldes, exortando à fidelidade à aliança.Fontes: Easton: Deuteronomy
- O dicionário bíblico de Easton (1897) acrescenta três apêndices após os discursos: um cântico que Deus ordenou a Moisés escrever (32:1-47), bênçãos pronunciadas sobre as tribos (capítulo 33) e o relato de sua morte (32:48-52) e sepultura (capítulo 34). Nos manuscritos hebraicos o Pentateuco forma um só rolo; os judeus dividiram este livro em onze parshioth, e a Bíblia em inglês contém trinta e quatro capítulos.Fontes: Easton: Deuteronomy
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Qanunun izahı
1İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi: 2Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi. 3Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi. 4Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi. 5İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı.
Xorevdən çıxma
6«Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız! 7Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin. 8Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”.
9O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm. 10Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz. 11Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin. 12Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim? 13Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”. 14Siz də “sən deyən yaxşıdır” dediniz. 15Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim. 16O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun. 17Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”. 18O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim.
Vəd edilən torpaqların gözdən keçirilməsi
19Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq. 20Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız. 21Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”. 22O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”. 23Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm. 24Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər. 25Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”.
Rəbbə qarşı üsyankarlıq
26Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz. 27Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin. 28Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”.
29Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin. 30Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir. 31İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”. 32Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla 33qarşınızca yol gedən Rəbbə etibar etmədiniz.
34Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi: 35“Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək. 36Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”. 37Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən. 38Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək. 39‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar. 40Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”.
41Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız. 42Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”. 43Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz. 44Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar. 45Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı. 46Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız.

Você sabia?
Moisés Recorda a Jornada de Israel
- Moisés discursa a Israel nas planícies de Moabe, a leste do Jordão, no quadragésimo ano após o Êxodo, pouco depois de derrotar os reis amorreus Seom e Ogue. O relato observa que a viagem do monte Horebe até Cades-Barneia levava normalmente apenas onze dias, contrastando a curta distância com as décadas de peregrinação causadas pela desobediência.Fontes: o próprio texto bíblico · Sihon · Og · Kadesh-barnea
- Para administrar as disputas à medida que o povo crescia, Moisés estabeleceu um sistema judicial organizado, nomeando líderes respeitados sobre grupos de milhares, centenas, cinquenta e dezenas. Ele ordenou que esses juízes agissem com estrita imparcialidade, ouvindo tanto os pequenos quanto os grandes e julgando com justiça tanto israelitas quanto estrangeiros residentes.Fontes: o próprio texto bíblico
- Ao relembrar a crise em Cades-Barneia, Moisés relata que doze espias exploraram Canaã e retornaram trazendo os frutos férteis da terra. Contudo, o medo generalizado das cidades fortificadas e dos guerreiros altos levou a congregação à rebeldia, provocando o juramento de Deus de que ninguém daquela geração, exceto Calebe e Josué, entraria na terra prometida.Fontes: o próprio texto bíblico · Caleb · Joshua · Kadesh-barnea
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Arabah · 30.417, 35.151 · versículos 1, 7
- Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículos 1, 5
- Paran · 30.303, 34.777 · versículo 1
- Mount Horeb · Hoje: Jebel Musa · 28.540, 33.973 · versículos 2, 6, 19
- Egypt · 30.129, 31.308 · versículos 3, 27, 30
- Bashan · 32.781, 35.935 · versículo 4
- Moab · Hoje: Moab 1 · 31.181, 35.701 · versículo 5
- Canaan · 32.767, 35.333 · versículo 7
- Euphrates · Hoje: Euphrates River · 31.004, 47.442 · versículo 7
- Lebanon · 33.540, 35.584 · versículo 7
- Negeb · 31.245, 34.841 · versículo 7
- Shephelah · 31.692, 34.875 · versículo 7
- Way of the Red Sea · Hoje: road between the Dead Sea and the Gulf of Aqaba · 29.727, 34.998 · versículo 40
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org