Amós 5
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
İsrail üçün mərsiyə
1Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!
2“İsrail zorlanmış bir qız kimi yıxılıb,
Bir daha qalxmayacaq.
Öz torpağı üstə atılıb,
Onu qaldıran yoxdur”.
3Çünki Xudavənd Rəbb belə deyir:
“Bir şəhərdən min nəfər döyüşə çıxsa,
Yüz nəfəri sağ qalacaq,
Yüz adam döyüşə çıxsa,
İsrail nəslindən on nəfər sağ qalacaq”.
İsrail bəladan necə qurtara bilər
4Rəbb İsrail nəslinə belə deyir:
“Mənə tərəf dönün ki, sağ qalasınız!
5Bet-Elə dönməyin,
Qilqala getməyin,
Beer-Şevaya keçməyin,
Çünki sürgün olunmaq hökmən Qilqala gəlir,
Bet-El bir heçə dönəcək”.
6Rəbbə tərəf dönün ki, sağ qalasınız!
Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq,
Bet-Eldəki odu söndürən olmayacaq.
7Ey ədaləti çevirib acı yovşan edənlər,
Ey salehliyi yerə vurub tapdalayanlar!
8Odur Ülkər və Orion bürclərini yaradan,
Qaranlığı aydın səhərə çevirən,
Gündüzü gecə edib qaraldan,
Dəniz sularını götürüb yer üzünə tökən –
Onun adı Rəbdir.
9Güclüləri ildırım kimi məhv edər,
Qalalarını viran edər.
10Siz isə haqsızlığa etirazını bildirənlərə,
Düz danışanlara nifrət edirsiniz.
11Kasıbı ayaq altına saldığınıza görə,
Ondan taxıl qopardığınıza görə
Yonulmuş daşdan evlər tikib
Onların içində yaşamayacaqsınız.
Gözəl üzümlüklər salıb
Onların şərabını içməyəcəksiniz.
12Çünki cinayətlərinizin çox,
Günahlarınızın ağır olduğunu bilirəm.
Ey salehi incidənlər, rüşvət alanlar,
Möhtacların haqqını tapdalayanlar!
13Bu zəmanə o qədər pisdir ki,
Ağlı başında olan susur.
14Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız!
Beləcə iddia etdiyiniz kimi
Ordular Allahı Rəbb,
Həqiqətən, sizə yar olacaq.
15Pisliyə nifrət edin,
Yaxşılığı sevin,
Məhkəmədə ədalətə üstünlük verin.
Bəlkə Ordular Allahı Rəbb
Qalan Yusif övladlarına lütf edər.
İsrail üçün fəğan
16Ordular Allahı Xudavənd Rəbb belə deyir:
“Bütün meydanlardan fəğan qopacaq,
Bütün küçələrdə ah-zar edəcəklər.
Fəğan edən mərsiyə oxuyanlarla
Kəndlilər yas tutmağa çağırılacaqlar.
17Bütün üzüm bağlarından da fəğan qopacaq,
Çünki aranızdan Mən keçəcəyəm” Rəbb belə deyir.
İsrailin saxta inamının aqibəti
18Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər!
Rəbbin günü siz nə əldə edəcəksiniz?
İşıq yox, qaranlıq.
19Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsa
Yaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa,
20Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı?
O, zülmətdir, onda nur yoxdur.
21Rəbb belə deyir:
“Bayramlarınıza nifrət edirəm,
Xor baxıram,
Təntənəli toplantılarınızdan iyrənirəm.
22Mənə yandırma qurbanlarınızı,
Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam.
Mənə kökəldilmiş heyvanlarınızdan
Ünsiyyət qurbanı təqdim etsəniz də,
Onlara nəzər salmayacağam.
23Gurultulu ilahilərinizi Məndən uzaq edin!
Çənglərinizin səsinə qulaq asmayacağam.
24Lakin qoy ədalət sular kimi tökülsün,
Salehlik davamlı sel kimi axsın!
25Ey İsrail nəsli,
Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
26Öz düzəltdiyiniz saxta Sakkut padşahınızı,
Kiyun bütlərinizi, ulduz allahlarınızı gəzdirmişdinizmi?
27Elə buna görə də sizi
Dəməşqin o tayına sürgünə aparacağam” Rəbb belə deyir.
Onun adı Ordular Allahıdır.

Você sabia?
Um Chamado à Justiça e Lamentação
- Amós exortou o reino do norte de Israel a não buscar antigos locais de peregrinação como Betel, Gilgal ou Berseba, advertindo que esses santuários não os salvariam da destruição. Betel e Gilgal eram centros históricos de culto proeminentes, enquanto Berseba ficava ao sul, mas o profeta insistia que a devoção ritual nesses locais era inútil sem obediência moral.Fontes: o próprio texto bíblico · Bethel (of Palestine) · Gilgal · Beersheba
- Nas antigas cidades israelitas, a porta da cidade funcionava como o principal centro cívico e judicial onde disputas legais eram julgadas e os anciãos administravam a justiça. Amós condenou a elite governante por aceitar subornos, silenciar testemunhas íntegras e negar os direitos dos pobres nessas assembleias públicas.Fontes: o próprio texto bíblico
- O aviso de que Israel seria levado cativo para além de Damasco apontava para uma futura derrota e deportação a nordeste da antiga capital síria. Damasco era uma grande potência política e comercial localizada ao norte de Jerusalém, servindo como uma importante referência geográfica para as campanhas militares.Fontes: o próprio texto bíblico · Damascus
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Damascus · 33.511, 36.306 · versículo 27
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org