Atos 3
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Şikəst dilənçinin şəfası
1Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər. 2Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. 3O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. 4Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». 5Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. 6Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». 7Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. 8Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. 9Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. 10Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.
Peterin məbəddəki vəzi
11Bu kişi Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı. 12Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüdrətimizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq. 13İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi, 14amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. 15Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik. 16Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı.
17İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. 18Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi. 19Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, 20Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin. 21Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. 22Musa belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”. 23“Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”. 24Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər. 25Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”. 26Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi».

Você sabia?
Cura e pregação no templo
- A porta do templo chamada Formosa, onde um homem coxo de nascença era colocado todos os dias para mendigar, é nomeada neste capítulo. Supõe-se que fosse a porta que ia do pátio dos gentios ao pátio das mulheres; era maciça e coberta com placas de latão coríntio.Fontes: Beautiful Gate · o próprio texto bíblico
- Depois da cura, a multidão admirada correu até Pedro e João no passeio chamado Pórtico de Salomão. Era uma colunata, ou claustro, provavelmente no lado oriental do templo; não é mencionada em conexão com o primeiro templo, mas Josefo menciona um pórtico com esse nome no templo de Herodes.Fontes: Solomon's Portico · o próprio texto bíblico
- No discurso ali, Pedro disse que o povo entregara Jesus e o rejeitara diante de Pilatos, embora Pilatos houvesse decidido soltá-lo. Um verbete de dicionário identifica Pôncio Pilatos como o sexto procurador romano da Judeia, de 26 a 36 d.C., com sede em Cesareia, embora subisse com frequência a Jerusalém; seu nome ganha destaque especial em conexão com o julgamento de Jesus.Fontes: Pontius Pilate · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Beautiful Gate · Hoje: in Jerusalem · 31.777, 35.234 · versículos 2, 10
- Nazareth · 32.702, 35.298 · versículo 6
- Solomon’s Portico · Hoje: in Jerusalem · 31.777, 35.234 · versículo 11
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org