Atos 12
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Peterin zindandan qaçması
1O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı. 2Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. 3Bundan Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız Çörək bayramı vaxtında etdi. 4O, Peteri yaxalatdırıb zindana saldırdı; onu hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə nəzarət altında saxlanmaq üçün təslim etdi. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun məhkəməsini keçirsin. 5Peter buna görə zindanda saxlanılırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi.
6Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu. 7Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. 8Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl». 9Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür. 10Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdilər. Birdən mələk Peterdən ayrıldı. 11O andaca özünə gələn Peter dedi: «İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı».
12Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. 13Peter həyət qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. 14Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. 15Onlar isə belə dedilər: «Dəli olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin onu qoruyan mələkdir». 16Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb onu görəndə mat qaldılar. 17Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi.
18Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən soruşdular: «Bəs Peter necə oldu?» 19Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi.
Padşah Hirodun ölümü
Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı. 20Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi. 21Təyin olunan gündə şahlıq libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət etdi. 22Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın səsidir!» 23O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı.
Barnaba ilə Şaula vəzifə tapşırılır
24Allahın kəlamı isə yayılırdı və təsiri artırdı. 25Barnaba və Şaul Yerusəlimdəki xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı özləri ilə götürüb geri qayıtdılar.

Você sabia?
A fuga de Pedro e a morte de Herodes
- O rei Herodes deste capítulo é Herodes Agripa I, neto de Herodes, o Grande, que com o tempo passou a possuir todo o reino do avô e o título de rei. Ele mandou matar Tiago e prendeu Pedro. O Dicionário Bíblico de Easton (1897) diz que, no segundo dia de uma festa em honra do imperador Cláudio, Agripa apareceu no grande teatro de Cesareia com magníficas vestes de prata; era cedo, e os raios do sol ofuscavam quem o via.Fontes: Herod Agrippa I · o próprio texto bíblico
- O Tiago morto à espada era Tiago, filho de Zebedeu, irmão do apóstolo João, um pescador que havia trabalhado em parceria com Pedro. O Dicionário Bíblico de Easton (1897) o apresenta como o primeiro dos apóstolos a ser morto e diz que Herodes Agripa o mandou decapitar. O Tiago a quem Pedro manda que os crentes avisem é outro homem: o mesmo dicionário o identifica como o Tiago que estava à frente da igreja em Jerusalém.Fontes: James (Son of Zebedee) · James (Brother of Jesus) · o próprio texto bíblico
- Quando percebeu que estava livre, Pedro foi à casa de Maria, mãe de João Marcos, em Jerusalém, que o Dicionário Bíblico de Easton (1897) chama de lugar habitual de reunião dos discípulos; muita gente estava ali reunida em oração. A serva que veio ao portão externo chamava-se Rode, nome que significa uma rosa; muito alegre ao ouvir a voz dele, correu para dentro para anunciá-lo e esqueceu de abrir o portão. João, também chamado Marcos, era filho de Maria — Marcos, seu nome romano, aos poucos substituiu o nome judeu João — e mais tarde ele deixou Jerusalém com Barnabé e Saulo.Fontes: Mary (Mother of John Mark) · Rhoda · John Mark · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Caesarea · Hoje: Caesarea Maritima · 32.500, 34.892 · versículo 19
- Judea · Hoje: Judea 1 · 31.777, 35.234 · versículo 19
- Sidon · Hoje: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · versículo 20
- Tyre · 33.271, 35.196 · versículo 20
- Jerusalem · 31.777, 35.234 · versículo 25
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org