2 Timóteo 2
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Məsih uğrunda əziyyətə dözmək
1Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən. 2Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et. 3Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş. 4Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar. 5Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz. 6Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir. 7Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək.
8Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla. 9Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşıram. Amma Allahın kəlamı zəncirlənməmişdir. 10Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm. 11Bu söz etibarlıdır ki,
«Əgər Onunla öldüksə,
Onunla da yaşayacağıq;
12Əgər dözəriksə,
Onunla da birlikdə padşahlıq edəcəyik.
Əgər Onu inkar etsək,
O da bizi inkar edəcək.
13Biz sadiq qalmasaq da,
O sadiq qalacaq.
Çünki Öz təbiətinə zidd davrana bilməz».
Sınaqdan keçmiş işçi
14Bunları imanlıların yadına sal. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar. 15Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış. 16Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır. 17Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır. 18Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər. 19Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
20Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur. 21Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.
22Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get. 23Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən. 24Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. 25Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar, 26ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.

Você sabia?
Um mestre fiel sob pressão
- Este capítulo adverte que a conversa de Himeneu e Fileto se espalha como gangrena: eles se desviaram da verdade ao dizer que a ressurreição já aconteceu e assim abalam a fé de alguns. O Easton's Bible Dictionary (1897) situa Fileto, com Himeneu, em Éfeso, e descreve essa afirmação, de que a ressurreição já havia ocorrido, como uma heresia gnóstica sustentada pelos nicolaítas.Fontes: o próprio texto bíblico · Philetus
- O autor pede que se lembre de Jesus Cristo ressuscitado dentre os mortos e descendente de Davi, a mensagem que ele chama de seu evangelho. O Easton's Bible Dictionary (1897) descreve Davi como o oitavo e mais novo filho de Jessé, cidadão de Belém, cujo trabalho inicial era apascentar as ovelhas do pai nas terras altas de Judá.Fontes: o próprio texto bíblico · David
- O serviço fiel é ilustrado com três imagens: um soldado que evita assuntos civis a fim de agradar a quem o alistou; um competidor que só recebe a coroa se competir segundo as regras; e um lavrador trabalhador, que deve ser o primeiro a participar da colheita. O autor também diz que sofre acorrentado como um criminoso, mas insiste que a palavra de Deus não pode ser acorrentada.Fontes: o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org