2 Samuel 2
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Davudun Yəhudada padşah seçilməsi
1Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona». 2Davud iki arvadı – İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Xevrona qalxdı. 3Davudun yanında olan adamları öz külfətlərini götürüb Xevronun ətraf məhəllələrində yaşamağa başladı. 4Yəhuda adamları isə gəlib Davudu orada Yəhuda nəslinin padşahı olaraq məsh etdilər.
O vaxt Davuda bildirdilər ki, Şaulu Yaveş-Gilead əhalisi dəfn edib. 5Davud Yaveş-Gilead sakinlərinin yanına qasidlər göndərib belə dedi: «Rəbb sizə xeyir-dua versin, çünki ağanız Şaula sədaqətli oldunuz və onu dəfn etdiniz. 6Bu işinizin əvəzini indi Rəbb sizə qoy xeyirxahlıq və sədaqətlə versin! Bu işinizin və bu yaxşılığınızın əvəzini mən də sizə ödəyəcəyəm. 7Ağanız Şaul öldüyü üçün qoy indi qollarınız qüvvətdən düşməsin və cəsur olun, çünki Yəhuda nəsli məni öz üzərində padşah olaraq məsh edib».
8Şaulun ordu başçısı Ner oğlu Avner Şaulun oğlu İş-Boşeti götürüb Maxanayimə aparmışdı. 9Orada Avner onu Gilead, Aşuri, İzreel, Efrayim, Binyamin və bütün İsrailin üzərində padşah etdi. 10Şaul oğlu İş-Boşet İsrailin padşahı olan zaman qırx yaşında idi. O, cəmi iki il padşahlıq etdi. Yəhuda nəsli isə Davudun tərəfində idi. 11Davud Xevronda, Yəhuda nəsli üzərində yeddi il altı ay idi ki, padşahlıq edirdi.
12Bir gün Ner oğlu Avner, Şaul oğlu İş-Boşetin əyanları ilə Maxanayimdən Giveona getdi. 13Seruya oğlu Yoav isə Davudun adamları ilə çıxıb Giveon gölməçəsi yanında onları qarşıladı. Yoav adamları ilə gölməçənin bir tərəfində, Avner isə adamları ilə gölməçənin o biri tərəfində əyləşdi.
14Avner Yoava dedi: «Qoy cavanlar qalxıb qarşımızda təkbətək döyüşsün». Yoav dedi: «Qalxsınlar». 15Onlar qalxdılar. Binyamin və Şaul oğlu İş-Boşet tərəfindən on iki nəfər və Davudun adamlarından da on iki nəfər qalxıb sayı-hesabı ilə yerlərinə keçdilər. 16Onlar bir-birinin başından tutub hər biri öz qılıncını qarşısında olanın böyrünə sapladı. Hamısı birlikdə yerə yıxıldı. Buna görə də Giveonda olan o yerə Xelqat-Hassurim deyilir. 17O gün döyüş çox şiddətli oldu və Avnerlə İsraillilər Davudun adamları qarşısında məğlub oldular.
18Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi. 19O, Avnerin dalınca düşüb onu qovurdu və Avnerin arxasınca qaçarkən düz gedərək nə sağa, nə də sola dönürdü. 20Avner arxaya baxıb dedi: «Asahel, bu sənsənmi?» O dedi: «Bəli, mənəm». 21Avner ona dedi: «Bir sağına yaxud soluna dön. O gənclərdən birini tut, onun silahlarını al». Lakin Asahel əl çəkmədən onu qovurdu. 22Avner Asahelə bir də dedi: «Qayıt, əl çək, məni qovma! Axı niyə səni öldürüb yerə sərim? Sonra qardaşın Yoavın üzünə necə baxaram?» 23Lakin Asahel yolundan dönmək istəmədi. Avner də nizəsinin arxa ucu ilə onun qarnından elə vurdu ki, nizə onun kürəyindən çıxdı. Asahel yerindəcə öldü. Bu hadisədən sonra Asahelin yıxılıb öldüyü yerə gələnlərin hamısı ayaq saxladı.
24Yoavla Avişay Avnerin ardınca qaçdılar və gün batarkən Giveon çölü yolunda Giahla üzbəüz olan Amma təpəsinə çatdılar. 25Binyamin övladları toplanıb Avnerin ardınca getdilər və yığılıb bir təpənin başında dayandılar. 26Avner Yoava üz tutub çığıra-çığıra dedi: «Həmişə bizi qılıncmı yeyib qurtarmalıdır? Bəs bilmirsən ki, bunun sonu acı olacaq? Nə vaxta qədər bu xalqa deməyəcəksən ki, soydaşlarınızdan əl çəkin?» 27Yoav dedi: «Var olan Allaha and olsun, əgər sən bu sözləri deməsəydin, həqiqətən, sabaha qədər döyüşçülər dayanmadan öz soydaşlarını təqib edəcəkdi». 28Sonra Yoav şeypur çaldı, hamı dayandı. Artıq İsrailliləri təqib etmədilər və bir daha döyüşmədilər. 29Avnerlə adamları bütün gecəni Arava vadisindən ötüb İordan çayını keçdilər və bütün Bitron boyunca irəliləyərək Maxanayimə çatdılar.
30Yoav Avnerin ardınca düşməkdən vaz keçib qayıtdı və bütün xalqı topladı. Davudun adamlarından Asaheldən başqa on doqquz nəfər də əskik idi. 31Davudun adamları isə Binyaminliləri və Avnerin adamlarını vurdu və üç yüz altmış nəfəri öldürdü. 32Asaheli götürüb atasının Bet-Lexemdə olan qəbrində dəfn etdilər. Yoavla adamları bütün gecəni yol getdilər və gün doğanda Xevrona çatdılar.

Você sabia?
Dois reis e o confronto em Gibeão
- Após a morte de Saul, a nação se dividiu em dois reinos rivais. A tribo de Judá ungiu Davi como rei na cidade de Hebrom, ao sul, enquanto Abner, general de Saul, estabeleceu Isbosete, filho sobrevivente de Saul, para governar as tribos do norte a partir de Maanaim, a leste do rio Jordão.Fontes: o próprio texto bíblico · Abner · Ish-bosheth · Mahanaim
- Os principais comandantes militares de Davi — Joabe, Abisai e Asael — eram filhos de Zeruia, irmã de Davi. Esse estreito vínculo familiar colocou os sobrinhos de Davi no comando das forças de Judá durante as hostilidades contra a casa de Saul.Fontes: o próprio texto bíblico · Joab · Zeruiah · Asahel
- O conflito civil se intensificou junto ao açude de Gibeão por meio de um combate representativo entre doze guerreiros de Benjamim e doze das forças de Davi. Como todos os vinte e quatro lutadores morreram juntos na luta, o local recebeu o nome de Helcate-Hazurim antes de eclodir a batalha generalizada.Fontes: o próprio texto bíblico · Gibeon
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Hebron · Hoje: Tel Rumeida · 31.525, 35.102 · versículos 1, 3, 4, 11, 32
- Gilead · Hoje: Gilead 1 · 32.187, 35.692 · versículo 9
- Gibeon · Hoje: El Jib · 31.847, 35.183 · versículos 12, 13, 16, 24
- Helkath-hazzurim · Hoje: within 500 m of El Jib · 31.847, 35.183 · versículo 16
- Arabah · 30.417, 35.151 · versículo 29
- Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículo 29
- Bethlehem · 31.704, 35.208 · versículo 32
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org