Nations Bible

2 Crônicas 13

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Yəhuda padşahı Aviya

1Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu. 2O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Givealı Urielin qızı Maaka idi. Aviya ilə Yarovamın arasında müharibə gedirdi. 3Aviya dörd yüz min seçmə igid döyüşçüdən ibarət olan bir ordu ilə hərbə girişdi. Yarovam isə səkkiz yüz min seçmə igid döyüşçünü ona qarşı döyüş üçün düzdü.

4Aviya Efrayimin dağlıq bölgəsində olan Semarayim dağına qalxıb dedi: «Ey Yarovam və bütün İsraillilər, məni dinləyin! 5Bilmirsiniz ki, İsrailin Allahı Rəbb İsrail üzərində padşahlığı əbədi olaraq Davuda və onun oğullarına vermişdir? Bunu duzla əhd etmişdir. 6Ancaq Davudun oğlu Süleymanın qulu Nevat oğlu Yarovam qalxıb ağasına qarşı üsyan etdi. 7Onun ətrafına boş və yaramaz adamlar yığılıb Süleyman oğlu Rexavama qarşı çıxdılar. Rexavam gənc və zəif iradəli olduğu üçün onlara qarşı dura bilmədi. 8İndi siz Davud oğullarının əlində olan Rəbbin padşahlığına qarşı durmağı düşünürsünüz və siz böyük bir kütləsiniz. Yarovamın allahlar deyə sizə düzəltdiyi qızıl danalar da aranızdadır. 9Amma Harun nəslindən olan Rəbbin kahinlərini və Levililəri qovmadınızmı? Başqa ölkələrin xalqlarının qaydasına görə özünüzə kahinlər qoymadınızmı? Buğa və yeddi qoçla təqdis olunmaq üçün gələn hər kəs yalançı allahların kahini ola bilər. 10Amma Rəbb Allahımız olduğuna görə biz Onu tərk etməmişik və bizdə Rəbbin xidmətində Harun nəslindən olan kahinlər və onlara kömək edən Levililər vardı. 11Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz. 12Budur, Allah bizimlədir, başımızın üstündədir. Onun kahinləri də bizimlədir. Sizə qarşı çalmaq üçün əllərində yüksək səs verən kərənaylar var. Ey İsrail övladları, atalarınızın Allahı Rəbbə qarşı müharibə etməyin, çünki işiniz yaxşı getməz».

13Yarovam onların arxasından pusqu qurmaq üçün dəstə göndərmişdi. Onun özü Yəhudalılardan qabaqda idi. Pusqu isə onların arxasında idi. 14Yəhudalılar geriyə baxdıqda gördülər ki, onlara öndən və arxadan hücum olunacaq. Onlar Rəbbə fəryad etdilər və kahinlər kərənayları yüksək səslə çaldılar. 15Yəhudalılar nərə çəkdilər və onlar nərə çəkəndə Allah Yarovamı və bütün İsrailliləri Aviyanın və Yəhudanın önündə qırdı. 16İsrail övladları Yəhudalıların önündən qaçdı və Allah onları bunlara təslim etdi. 17Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraillilərdən beş yüz min seçmə adam həlak oldu. 18Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər. 19Aviya Yarovamı təqib etdi və ondan şəhərləri – Bet-Eli və qəsəbələrini, Yeşananı və qəsəbələrini, Efronu və qəsəbələrini aldı. 20Aviyanın dövründə Yarovam bir daha güclü olmadı. Rəbb onu vurdu və o öldü. 21Ancaq Aviya daha da gücləndi. O, on dörd arvad aldı, iyirmi iki oğul və on altı qız atası oldu.

22Aviyanın qalan işləri, əməlləri və sözləri peyğəmbər İddonun təlimində yazılmışdır.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

A vitória de Abias sobre Jeroboão

  • Antes da batalha, o rei Abias de Judá subiu ao monte Zemaraim, na região montanhosa de Efraim, para falar a Jeroboão e a Israel, defendendo a dinastia davídica com base em uma aliança perpétua de sal.Fontes: o próprio texto bíblico · Mount Zemaraim · Abijah
  • Abias contrastou as práticas religiosas dos dois reinos, destacando que Judá mantinha o sacerdócio arônico e os rituais regulares do templo, enquanto Jeroboão havia expulsado os levitas e consagrado sacerdotes para os bezerros de ouro.Fontes: o próprio texto bíblico · Aaron
  • Embora Jeroboão tenha preparado uma emboscada na retaguarda do exército de Judá, os homens de Judá prevaleceram após clamar a Deus e tocar as trombetas sagradas, tomando depois cidades como Betel, Jesana e Efrom.Fontes: o próprio texto bíblico · Bethel (of Palestine) · Jeshanah

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Lugares deste capítulo

  • Jerusalem · 31.777, 35.234 · versículo 2
  • Jeshanah · Hoje: Burj el Isaneh · 31.999, 35.260 · versículo 19

Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.