1 Tessalonicenses 2
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Paulun Salonikdəki xidməti
1Qardaşlar, özünüz də bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmadı. 2Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq. 3Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur. 4Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq. 5Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir. 6İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq. 7Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik. 8Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz.
9Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik. 10Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir. 11Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik. 12Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.
13Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır. 14Çünki qardaşlar, siz Allahın Yəhudeyadakı Məsih İsada olan cəmiyyətlərindən nümunə götürdünüz. Onların Yəhudilərdən çəkdiyi əzabları eynilə siz də öz soydaşlarınızdan çəkdiniz. 15Yəhudilər Rəbb İsanı və peyğəmbərləri öldürdülər, bizi də təqib etdilər. Onlar Allahı narazı salır və bütün insanlara qarşı çıxırlar. 16Çünki başqa millətlər xilas olsunlar deyə biz onlarla danışanda bu Yəhudilər bizə mane olur. Beləcə hər zaman günahlarının üzərinə günah gətirirlər. Axırda Allahın qəzəbinə düçar oldular.
Gecikən səyahət
17Bizsə, qardaşlar, qısa bir müddət üçün qəlbən deyil, şəxsən sizdən məhrum olduq, ona görə böyük arzu ilə üzünüzü görməyə daha çox səy göstərdik. 18Biz yanınıza gəlməyi arzu etdik, dəfələrlə mən Paul bunu istədim, amma Şeytan bizə mane oldu. 19Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi? 20Çünki siz bizim izzətimiz və sevincimizsiniz.

Você sabia?
Ministério, sofrimento e um retorno impedido
- Paulo lembra aos leitores que ele e seus companheiros já haviam suportado sofrimento e tratamento vergonhoso em Filipos e, mesmo assim, tiveram ousadia para anunciar o evangelho apesar de forte oposição. Filipos, antes chamada Crênides, era a capital da província da Macedônia; Filipe da Macedônia fortificou a antiga cidade trácia e deu-lhe o seu próprio nome, e, sob o imperador Augusto, ela se tornou uma colônia romana, um assentamento militar de soldados romanos estabelecido para controlar o distrito recém-conquistado, descrita como uma Roma em miniatura.Fontes: o próprio texto bíblico · Philippi
- Paulo diz que tentou voltar repetidas vezes, mas Satanás o impediu, embora o desejo de ver os leitores cara a cara tivesse ficado ainda mais intenso. O nome Satanás significa adversário ou acusador, e no Novo Testamento é usado de forma intercambiável com o diabo mais de trinta vezes.Fontes: o próprio texto bíblico · Satan
- Os leitores são descritos como imitadores das igrejas de Deus na Judeia que estão em Cristo Jesus, tendo sofrido da parte dos seus próprios conterrâneos o que aquelas igrejas sofreram. Sob os romanos, no tempo de Cristo, a Judeia era a mais meridional das três divisões da Palestina e parte da província da Síria, incluindo os territórios de Judá, Benjamim, Dã, Simeão e parte de Efraim.Fontes: o próprio texto bíblico · Judea
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org