Nations Bible

1 Samuel 18

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Davud və Yonatan

1Davud Şaulla danışığını qurtaran kimi Yonatanın qəlbi Davudun qəlbinə bağlandı və Yonatan onu öz canı kimi sevdi. 2Şaul o gündən sonra Davudu öz yanında saxlayıb bir daha atasının evinə qayıtmağa qoymadı. 3Yonatan isə Davudla əhd bağladı, çünki onu öz canı kimi sevirdi. 4Yonatan cübbəsini əynindən çıxarıb qılınc, ox-kaman və kəməri ilə birlikdə zirehini Davuda verdi.

5Şaul Davudu hansı işə göndərirdisə, o uğur qazanırdı. Ona görə də Şaul Davudu döyüşçülərinin başçısı etdi və bu da həm xalqın, həm də Şaulun əyanlarının gözünə xoş göründü.

Şaulun Davuda paxıllıq etməsi

6Davud Filiştli Qolyatı öldürüb qayıdanda əsgərlər geri gələrkən İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar. 7Qadınlar rəqs edə-edə belə mahnı oxuyurdular:

«Şaul qırdı minləri,

Davudsa on minləri».

8Şaul bundan çox qəzəbləndi, çünki bu söz onun gözündə pis göründü və dedi: «Davud üçün on minləri, mənim üçünsə ancaq minləri deyirlər. Təkcə padşahlıq qaldı, bundan başqa nə var ki, ona verilsin?» 9O gündən sonra Şaul Davuda çəp-çəp baxmağa başladı.

10Ertəsi gün Allahın izni ilə şər ruh Şaulun üstünə qüvvə ilə gəldi və o, evinin ortasında sayıqlamağa başladı. Davud isə hər gün etdiyi kimi yenə də əlində lira çalırdı. Şaulun nizəsi əlində olardı. 11Şaul «qoy Davudu bu nizə ilə divara yapışdırım» deyərək nizəni atdı. Lakin Davud onun qabağından iki dəfə kənara çəkildi. 12Şaul Davuddan qorxdu, çünki Rəbb Davudla idi və Şauldan ayrılmışdı. 13Ona görə də Şaul onu öz yanından uzaqlaşdırıb minbaşı etdi və Davud xalqı döyüşə aparıb-gətirməyə başladı. 14Davud bütün yürüşlərində uğur qazanırdı, çünki Rəbb onunla idi. 15Şaul Davudun böyük uğurlar qazandığını görüb çox qorxdu. 16Bütün İsrail və Yəhuda xalqı isə Davudu çox sevirdi, çünki onları döyüşlərə aparıb-gətirirdi.

17Şaul Davuda dedi: «Bax, budur böyük qızım Merav, onu sənə ərə verəcəyəm. Ancaq sən uğrumda cəsur ol və Rəbbin döyüşlərini apar». Çünki Şaul «qoy o mənim yox, Filiştlilərin əlində ölsün» deyə fikirləşdi. 18Davud Şaula dedi: «Axı mən kiməm ki? Ailəm kimdir, İsraildə atamın nəsli kimdir ki, padşaha kürəkən olum?» 19Şaulun qızı Merav isə Davuda veriləcəyi vaxt Mexolalı Adrielə ərə verildi.

20Şaulun o biri qızı Mikal Davuda vurulmuşdu. Bu xəbəri Şaula çatdırdılar və bu onun gözündə xoş göründü. 21Şaul «Davuda Mikalı verim ki, bu ona bir tələ olsun. Qoy Davud Filiştlilərin əli ilə öldürülsün» deyə fikirləşdi. Sonra Şaul Davuda dedi: «Bu gün mənə kürəkən olmaq üçün əlində ikinci fürsət var». 22Şaul əyanlarına əmr etdi ki, Davuda gizlincə belə desinlər: «Bax padşahın səndən xoşu gəlir və bütün əyanları da səni sevir; gəl indi padşaha sən kürəkən ol». 23Şaulun əyanları bu sözləri Davuda eşitdirəndə o belə dedi: «Kasıb və gərəksiz adam olan mən padşahamı kürəkən olum? Məgər bu sizin gözünüzdə kiçik işdirmi?» 24Şaulun əyanları «Davud belə söylədi» deyərək onun sözünü Şaula çatdırdılar. 25Şaul dedi: «Davuda deyərsiniz: “Padşah səndən başlıq pulu istəmir. Ancaq padşahın düşmənlərindən qisas almaq üçün yüz Filiştlinin sünnət ətini istəyir”». Bunu da Şaul Davudu Filiştlilərin əli ilə həlak etmək üçün quraşdırmışdı.

26Şaulun əyanları bu sözləri Davuda çatdırdılar və padşahın kürəkəni olmaq onun gözündə xoş göründü. Təyin olunan günlər hələ başa çatmamış 27Davud qalxıb adamları ilə getdi və Filiştlilərdən iki yüz kişini öldürdü. Padşahın kürəkəni olmaq üçün Davud onların sünnət ətini gətirdi və onları tam sayda padşaha verdilər. Şaul qızı Mikalı Davuda ərə verdi. 28Şaul Rəbbin Davudla olduğunu görüb başa düşdü. Şaulun qızı Mikal isə Davudu sevirdi. 29Bundan sonra Şaul Davuddan daha da qorxdu və ömrünün sonuna qədər ona düşmən oldu.

30Filiştlilərin başçıları döyüşə çıxırdılar. Onlar hər dəfə döyüşə çıxanda Davud Şaulun əyanlarının hamısından daha çox uğur qazanırdı. Buna görə də onun adı çox şöhrətlənmişdi.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

O sucesso de Davi e o ciúme de Saul

  • Jônatas, o filho mais velho do rei Saul, formou um vínculo profundo com Davi e fez uma aliança com ele. Para selar essa amizade, Jônatas entregou a Davi seu próprio manto real, sua túnica, espada, arco e cinto.Fontes: Jonathan · o próprio texto bíblico
  • A celebração pública das vitórias militares de Davi despertou o ciúme duradouro de Saul. Quando as mulheres das cidades de Israel cantaram que Saul havia ferido milhares e Davi dez milhares, Saul ficou desconfiado e temeu perder o trono para ele.Fontes: o próprio texto bíblico
  • Embora Saul tenha inicialmente prometido sua filha mais velha Merabe a Davi, ela foi dada em casamento a Adriel de Meolá. Saul então ofereceu sua filha mais nova Mical, exigindo como dote cem prepúcios de filisteus na esperança de que Davi morresse em batalha.Fontes: Merab · Michal · Adriel · o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.