Nations Bible

1 Pedro 3

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Ər-arvad münasibətləri

1Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz. 3Qoy sizin bəzəyiniz saçlarınızı hörüb qızıl bər-bəzək taxmaq və gözəl geyimlər geyməklə zahiri şeylər deyil, 4gizli olan daxili varlığınız, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox dəyərlidir. 5Çünki qədim zamanlarda Allaha ümid bağlayan müqəddəs qadınlar öz ərlərinə tabe olaraq belə bəzənərdilər. 6Məsələn, Sara İbrahimi «ağam» deyə çağıraraq ona itaət edirdi. Siz də yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz.

7Ey ərlər, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin.

Salehlik uğrunda əziyyət çəkmək

8Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun. 9Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. 10Çünki:

«Kim həyatdan kam almaq,

Xoş gün görmək istəyirsə,

Qoy dilini şərdən,

Ağzını hiylə danışmaqdan qorusun,

11Qoy şərdən çəkinib yaxşılıq etsin,

Qoy sülhü axtarıb ardınca getsin!

12Çünki Rəbbin gözü salehlərin üzərindədir,

Qulaqları onların fəryadlarına açıqdır.

Amma Rəbbin üzü şər işlər görənlərə qarşıdır».

13Əgər yaxşılıq etməyə səy göstərsəniz, sizə kim pislik edər? 14Amma salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin. 15Lakin Məsihi Rəbb kimi ürəyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun. 16Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları böhtandan utansınlar. 17Əgər Allahın iradəsi budursa, yaxşılıq etdiyi üçün əzab çəkmək pislik etdiyi üçün əzab çəkməkdən yaxşıdır. 18Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur. 19O ruhən gedib zindandakı ruhlara da vəz etdi. 20Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı. 21Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür. 22İsa Məsih göyə qalxıb və Allahın sağındadır. Mələklər, hakimlər və qüvvələr də Ona tabedir.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

Conduta, sofrimento e esperança

  • Em 1 Pedro 3, a carta lembra as mulheres santas do passado, que puseram sua esperança em Deus e foram submissas a seus maridos, e nomeia Sara, que obedeceu a Abraão e o chamou de senhor. Diz a elas que são filhas de Sara se fizerem o que é certo e se recusarem a ceder ao medo. O dicionário bíblico de Easton (1897) diz que Sara significa “Princesa” e que esse nome lhe foi dado quando se anunciou que ela seria a mãe do filho prometido.Fontes: o próprio texto bíblico · Sarah
  • Abraão, o marido a quem Sara obedeceu e a quem chamou de senhor, é descrito pelo dicionário bíblico de Easton (1897) como “Pai de uma multidão”. O mesmo verbete o chama de filho de Terá e herdeiro das promessas.Fontes: o próprio texto bíblico · Abraham
  • O capítulo também retoma os dias de Noé, quando Deus esperou pacientemente enquanto a arca era construída e apenas oito almas foram salvas por meio da água; a carta diz que essa água simboliza o batismo. O dicionário bíblico de Easton (1897) apresenta o nome Noé com o sentido de “Descanso” e nomeia seus três filhos como Sem, Cam e Jafé.Fontes: o próprio texto bíblico · Noah

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.