1 Reis 17
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
İlyasın quraqlıq barədə xəbərdarlığı
1Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq».
2Ona Rəbbin bu sözü nazil oldu: 3«Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən. 4Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim». 5O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı. 6Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi. 7Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı.
İlyas və Sarfatlı qadın
8İlyasa Rəbbin bu sözü nazil oldu: 9«Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim». 10O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim». 11Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al». 12Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik». 13İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. 14Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”». 15Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. 16İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı.
17Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi. 18Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?» 19İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı. 20O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?» 21Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, Sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın». 22Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi. 23İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır». 24Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır».
Você sabia?
Elias e a Seca
- O nome Querite refere-se a um desfiladeiro ou leito de torrente de inverno. Essa ravina, situada a leste do rio Jordão, serviu de refúgio isolado para Elias depois que ele entregou sua mensagem sobre a seca ao rei Acabe.Fontes: o próprio texto bíblico · Cherith · Elijah
- Zarefute, cujo nome está associado a uma oficina para refino ou fundição de metais, era uma povoação fenícia situada entre Tiro e Sidom, chamada de Sarepta no Novo Testamento. Elias encontrou abrigo ali com uma viúva necessitada durante a grande escassez.Fontes: o próprio texto bíblico · Zarephath · Sidon
- Elias é chamado de tisbita, habitante de Gileade, uma região montanhosa a leste do rio Jordão. Essa designação pode indicar que sua terra natal era uma localidade chamada Tisbe, ou derivar de um termo que significa forasteiro ou morador temporário.Fontes: o próprio texto bíblico · Tishbe · Gilead
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Gilead · Hoje: Gilead 1 · 32.187, 35.692 · versículo 1
- Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículos 3, 5
- Sidon · Hoje: Sandikli archaeological site in Sidon · 33.561, 35.372 · versículo 9
- Zarephath · Hoje: Sarepta · 33.464, 35.295 · versículos 9, 10
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org