1 Reis 1
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

Sobre este livro
Sobre 1 Reis
- O Easton's Bible Dictionary (1897) trata como incerta a autoria dos livros de Reis. Uma tradição de que Jeremias os escreveu é, na opinião de Easton, favorecida por trechos quase idênticos a partes de Jeremias e por acontecimentos que Jeremias conhecia pessoalmente; Easton, porém, julga mais provável que Esdras, depois do cativeiro, tenha compilado os livros a partir de documentos anteriores, talvez escritos por Davi, Salomão, Natã, Gade e Ido. Easton data a composição entre 561 a.C., quando Joaquim foi libertado do cativeiro por Evil-Merodaque, e 538 a.C., o decreto de Ciro.Fontes: Easton: Kings, The Books of
- Easton afirma que esses livros contêm os anais do reino desde a ascensão de Salomão até a subjugação por Nabucodonosor e os babilônios, período que ele estima em cerca de 453 anos. 1 Reis começa enquanto Davi está à morte: Adonias, seu quarto filho, que se tornara o herdeiro presuntivo do trono após a morte de Amnom e Absalão, faz-se proclamar rei, mas Natã e Bate-Seba convencem Davi a entronizar Salomão de imediato. Salomão, filho de Davi com Bate-Seba, cuja história é registrada em 1 Reis 1-11, chegou ao trono, sugere Easton, por volta dos dezesseis ou dezoito anos.Fontes: Easton: Kings, The Books of · Adonijah · Solomon
- Nas Escrituras hebraicas, os dois livros de Reis formavam originalmente um só livro; a Septuaginta foi a primeira a dividi-los e, com a Vulgata, os numera como o terceiro e o quarto livros de Reis, sendo os livros de Samuel o primeiro e o segundo. Easton observa que Crônicas dá maior destaque ao ofício sacerdotal ou levítico, enquanto Reis dá maior destaque ao ofício real, e que, na divisão das Escrituras em três partes feita pelos judeus, esses livros são colocados entre os Profetas. A narrativa remete a fontes anteriores: o livro dos atos de Salomão e as crônicas dos reis de Judá e de Israel.Fontes: Easton: Kings, The Books of
- Após a morte de Salomão, as dez tribos se revoltaram e convidaram Jeroboão, filho de Nebate, para ser seu rei; Easton chama Jeroboão de primeiro rei dessas tribos e data seu reinado de 976 a 945 a.C. Ele havia fugido para o Egito sob a proteção de Sisaque I e depois transferiu sua residência de Siquém, sua primeira capital, para Tirza, que continuou sendo a principal residência dos reis de Israel até que Onri comprou de Semer o monte de Shomeron por dois talentos de prata e edificou Samaria. A narrativa posterior inclui Acabe, filho de Onri e sétimo rei de Israel, cuja esposa era Jezabel: ao culto do bezerro introduzido por Jeroboão ele acrescentou o culto de Baal e foi severamente advertido pelo profeta Elias.Fontes: Jeroboam · Tirzah · Samaria · Ahab
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Padşah Davudun son illəri
1Padşah Davud qocalıb yaşa dolmuşdu. Onun üstünü örtüklərlə nə qədər örtürdülərsə, o isinmirdi. 2Əyanları ona dedilər: «Ağamız padşah üçün gənc bir qız axtaraq. Qoy o, padşahın önündə durub qayğısına qalsın və qoynunda yatsın ki, ağamız padşah isinsin». 3Onlar İsrailin bütün ərazisində gözəl bir qız axtardılar və Şunemli Avişaqı tapıb padşahın yanına gətirdilər. 4Qız çox gözəl idi. O, padşaha baxıb xidmət etdi, amma padşah onunla yaxınlıq etmədi.
Adoniyanın padşahlıq iddiası
5Davudun Haqqitdən olan oğlu Adoniya «mən padşah olacağam» deyə lovğalanırdı. O özü üçün döyüş arabaları, atlılar və önündə gedəcək əlli nəfər hazırlamışdı. 6Atası Davud heç vaxt ona «Niyə belə etdin?» deməmişdi. Adoniya görkəmcə çox yaraşıqlı idi. O, Avşalomdan sonra dünyaya gəlmişdi. 7Adoniya Seruya oğlu Yoav və kahin Evyatarla əlbir oldu və onlar Adoniyaya kömək etdilər. 8Amma kahin Sadoq, Yehoyada oğlu Benaya, peyğəmbər Natan, Şimey, Rei və Davudun igidləri Adoniyanın tərəfində deyildilər. 9Adoniya En-Rogel yaxınlığındakı Zoxelet qayasında qoyun-keçi, mal-qara və bəslənmiş heyvanlar qurban kəsdi. Bütün qardaşlarını – padşahın oğullarını və padşaha qulluq edən bütün Yəhudalıları çağırdı, 10amma peyğəmbər Natanı, Benayanı, igidləri və qardaşı Süleymanı çağırmadı.
Süleymanın padşah elan edilməsi
11Onda Natan Süleymanın anası Bat-Şevaya dedi: «Məgər eşitməmisən ki, Haqqit oğlu Adoniya ağamız Davudun xəbəri olmadan padşahlıq edir? 12İndi qulaq as, özünün və oğlun Süleymanın canını necə qurtaracağın barədə sənə məsləhət verim: 13get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?” 14Sən orada padşahla danışarkən mən səndən sonra girəcəyəm və sözlərini təsdiq edəcəyəm».
15Bat-Şeva otağa – padşahın yanına girdi. Padşah çox qoca idi və Şunemli Avişaq ona qulluq edirdi. 16Bat-Şeva padşahın önündə diz çöküb təzim etdi. Padşah «Nə istəyirsən?» dedi. 17Bat-Şeva ona dedi: «Mənim ağam! “Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq” deyib kənizinə Allahın Rəbbin haqqı üçün and içdin. 18Ağam padşah, indi isə Adoniya padşahlıq edir və sənin bundan xəbərin yoxdur. 19O, çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi. Padşahın bütün oğullarını, kahin Evyatarı və ordu başçısı Yoavı çağırdı, amma qulun Süleymanı çağırmadı. 20Ağam padşah, bütün İsrailin gözü səndədir; sən onlara bildirməlisən ki, ağam padşahdan sonra taxtında kim oturacaq. 21Yoxsa ağam padşah ataları ilə uyuyanda mən və oğlum Süleyman müqəssir sayılacağıq».
22Bat-Şeva hələ padşahla danışarkən peyğəmbər Natan gəldi. 23Padşaha «peyğəmbər Natan gəldi» dedilər. O, padşahın hüzuruna gəldi və üzüstə əyilib təzim etdi. 24Natan dedi: «Ağam padşah! “Məndən sonra Adoniya padşah olacaq və taxtımda o oturacaq” deyib söyləmisənmi? 25Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər. 26Ancaq o mən qulunu, kahin Sadoqu, Yehoyada oğlu Benayanı və qulun Süleymanı çağırmadı. 27Məgər bu iş ağam padşahın əmri ilə olub? Bəs sən nə üçün qullarına bildirmədin ki, ağam padşahdan sonra taxtında kim oturacaq?»
28Padşah Davud cavab verib «Bat-Şevanı yanıma çağırın!» dedi. Bat-Şeva padşahın hüzuruna gəlib önündə durdu. 29Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki, 30“məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və mənim əvəzimə taxtımda o oturacaq” deyib sənin üçün İsrailin Allahı Rəbbə içdiyim andı bu gün yerinə yetirəcəyəm». 31Bat-Şeva padşahın önündə üzüstə yerə əyilib təzim etdi və «Ağam padşah Davud əbədi yaşasın!» dedi.
32Padşah Davud dedi: «Kahin Sadoqu, peyğəmbər Natanı və Yehoyada oğlu Benayanı mənim yanıma çağırın». Onların hamısı padşahın hüzuruna gəldi. 33Padşah onlara dedi: «Ağanızın əyanlarını yanınıza alın və oğlum Süleymanı mənim qatırıma mindirib Gixon bulağına endirin. 34Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin. 35Sonra onun dalınca qalxın, o da gəlib taxtımda otursun, çünki mənim yerimə padşah olacaq. Onu İsrail və Yəhudaya hökmdar təyin etdim». 36Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir. 37Rəbb ağam padşaha yar olduğu kimi Süleymana da yar olsun və onun taxtını ağam padşah Davudun taxtından daha uca etsin».
38Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar. 39Kahin Sadoq ibadət çadırından yağ buynuzunu götürüb Süleymanı məsh etdi. Şeypur çalındı və bütün camaat «Yaşasın padşah Süleyman!» söylədi. 40Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi.
41Adoniya və onunla olan bütün qonaqlar yeməklərini qurtaranda bu səsi eşitdilər. Yoav şeypur səsini eşidəndə dedi: «Şəhərdən niyə gurultu gəlir?» 42O, sözünü qurtarmamış birdən kahin Evyatarın oğlu Yonatan gəldi. Adoniya ona dedi: «Gəl, sən igid adamsan, yaxşı xəbər gətirərsən». 43Yonatan Adoniyaya cavab verib dedi: «Yox, elə deyil, ağamız padşah Davud Süleymanı padşah etmişdir. 44Padşah kahin Sadoqu, peyğəmbər Natanı, Yehoyada oğlu Benayanı, Keretliləri və Peletliləri Süleymanla birgə göndərdi və onu padşahın qatırına mindirdilər. 45Kahin Sadoq və peyğəmbər Natan Gixonda onu padşah olmaq üçün məsh etdilər. Oradan sevinclə qalxıb getdilər və şəhər canlandı. Eşitdiyiniz səs budur. 46Üstəlik Süleyman padşahlıq taxtında oturdu. 47Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi. 48Sonra belə dedi: “İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün hələ gözlərim görərkən taxtımda oturan bir nəfər verdi!”»
49Bunu eşidəndə Adoniyanın bütün qonaqları təşvişə düşüb qalxdılar və hər kəs öz yolu ilə getdi. 50Adoniya isə Süleymandan qorxaraq qalxıb getdi və qurbangahın buynuzlarından yapışdı. 51Bunu Süleymana bildirib dedilər: «Adoniya padşah Süleymandan qorxur və qurbangahın buynuzlarından yapışaraq “qoy padşah Süleyman bu gün mənə and içsin ki, bu qulunu qılıncla öldürməyəcək” deyir». 52Süleyman dedi: «Əgər o, ləyaqətli adam olsa, başından bir tük belə, əskik olmaz, amma onda bir pislik tapılsa, öləcək». 53Padşah Süleyman Adoniyanı qurbangahdan düşürüb gətirtdi. O da gəlib padşah Süleymana təzim etdi və Süleyman ona «Evinə get!» dedi.

Você sabia?
A sucessão ao trono de Davi
- Sendo o filho sobrevivente mais velho de Davi após a morte de Amnon e Absalão, Adonias reivindicou o trono com o apoio do comandante militar Joabe e do sacerdote Abiatar. No entanto, Davi escolheu seu filho mais jovem, Salomão, que era apoiado pelo profeta Natã, pelo sacerdote Zadoque e por Benaia.Fontes: Adonijah · Solomon · o próprio texto bíblico
- Montar na própria mula do rei era uma declaração pública decisiva de autoridade real. Por ordem expressa de Davi, Salomão foi conduzido até a fonte de Giom, onde Zadoque o ungiu rei com o azeite do tabernáculo ao som de trombetas e aclamação popular.Fontes: Gihon · Zadok · o próprio texto bíblico
- Ao saber da coroação pública de Salomão, Adonias fugiu apavorado e buscou asilo segurando as pontas do altar de sacrifícios. Salomão concedeu-lhe clemência condicional, poupando sua vida desde que ele provasse ser um homem digno.Fontes: Adonijah · o próprio texto bíblico
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Shunem · Hoje: Sulam · 32.606, 35.334 · versículo 3
- Serpent’s Stone · Hoje: within 100 m of Bir Ayub · 31.767, 35.236 · versículo 9
- Gihon · Hoje: Gihon Spring · 31.773, 35.236 · versículos 33, 38, 44, 45
- Jerusalem · 31.777, 35.234 · versículo 40
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org