Nations Bible

1 João 2

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

1Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir. 2O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır.

3Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik. 4Kim «Onu tanıyıram» deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur. 5Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq. 6Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir.

7Sevimlilər, sizə yeni əmr yazmıram, əvvəldən bəri malik olduğunuz qədim bir əmri yazıram; qədim əmr isə eşitdiyiniz sözdür. 8Yenə də sizə yeni bir əmr yazıram; bunun həqiqi olduğu Məsihdə və sizdə görünür. Çünki qaranlıq keçir və həqiqi nur artıq parlayır.

9Kim nurda olduğunu deyir, amma qardaşına nifrət edirsə, hələ də qaranlıqdadır. 10Qardaşını sevən nurda qalır və onda büdrəmə səbəbi yoxdur. 11Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib.

12Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb.

13Ey atalar, sizə yazıram, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız.

Ey gənclər, sizə yazıram, çünki şər olana qalib gəlmisiniz.

14Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız.

Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız.

Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz.

15Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. 16Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir. 17Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.

Məsih əleyhdarı

18Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır. 19Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın.

20Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz. 21Mən sizə həqiqəti bilmədiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz bunu da bilirsiniz ki, heç bir yalanın həqiqətlə əlaqəsi yoxdur. 22Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır. 23Oğulu inkar edən hər kəs Ataya da malik deyil, lakin Oğulu iqrar edən kəs Ataya da malikdir. 24Sizin əvvəldən bəri eşitdiyiniz söz qoy sizdə qalsın. Əgər əvvəldən bəri eşitdiyiniz söz sizdə qalsa, siz də Oğul və Atada qalarsınız. 25Onun bizə verdiyi vəd budur: əbədi həyat!

26Bunları sizi aldatmaq istəyənlər barəsində yazıram. 27Sizə gəlincə, Ondan aldığınız məsh daxilinizdə qalır və kimsənin sizə təlim verməsinə ehtiyacınız yoxdur. Əksinə, Onun bu məshi sizə hər şey barədə təlim verir və bu, yalan deyil, həqiqətdir. Ona görə də sizə öyrətdiyi kimi Onda qalın.

Allahın övladları

28Beləliklə, ey övladlar, Onda qalın ki, O zahir olanda cəsarətimiz olsun, Onun zühuru zamanı önündə utanmayaq. 29Əgər Onun saleh olduğunu bilirsinizsə, həm də bilin ki, saleh iş görən hər kəs Ondan doğulub.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

Luz, amor e permanecer em Cristo

  • O autor chama os leitores de “filhinhos” e também se dirige, cada um por sua vez, às crianças, aos pais e aos jovens. Diz às crianças que os pecados delas foram perdoados e que elas conhecem o Pai; aos pais, que conhecem aquele que é desde o princípio; aos jovens, que são fortes, que a palavra de Deus permanece neles e que venceram o maligno.Fontes: o próprio texto bíblico
  • O autor chama o mandamento ao mesmo tempo de antigo e de novo: é a mensagem que eles têm desde o princípio e também é novo porque é verdadeiro em Jesus e neles, enquanto as trevas se dissipam e a verdadeira luz já brilha. Odiar o irmão, diz o capítulo, deixa a pessoa andando nas trevas; amar o irmão é permanecer na luz.Fontes: o próprio texto bíblico
  • Neste capítulo, “anticristo” não é apenas a figura de cuja vinda os leitores já ouviram falar. O autor diz que muitos anticristos já apareceram, que saíram do grupo que ele chama de “nós”, embora não pertencessem a ele, e que o anticristo é quem nega que Jesus é o Cristo e nega o Pai e o Filho. É por esse aparecimento, escreve ele, que se sabe que é a última hora.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.