Nations Bible

1 Coríntios 11

Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.

1Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün.

Məsihçi nizam-intizamı

2Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm. 3Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır. 4Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir. 5Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. 6Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. 7Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. 8Çünki kişi qadından yox, qadın kişidən yarandı. 9Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı. 10Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyarı olmalıdır. 11Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir. 12Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır. 13Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı? 14Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik, 15qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib. 16Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, bizim də, Allahın cəmiyyətlərinin də belə bir adəti yoxdur.

Rəbbin süfrəsinə aid təlimat

17Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm. 18Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram. 19Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır! 20Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil. 21Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur. 22Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm.

23Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, 24şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 25Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin». 26Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.

27Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. 28Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin. 29Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir. 30Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir. 31Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik. 32Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir.

33Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin. 34Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam.

Ilustração artística — interpretação, não registro histórico.

Você sabia?

A cabeça coberta e a Ceia do Senhor

  • O capítulo apresenta uma ordem de cabeça: a cabeça de todo homem é Cristo, a cabeça da mulher é o homem, e a cabeça de Cristo é Deus. Diz também que, no Senhor, nem a mulher é independente do homem nem o homem da mulher, pois a mulher veio do homem e o homem nasce da mulher, e tudo vem de Deus. Quando oram ou profetizam, o homem que cobre a cabeça desonra a sua cabeça, e a mulher que a deixa descoberta desonra a sua, como se estivesse rapada; ela deve ter sobre a cabeça um sinal de autoridade por causa dos anjos, e se afirma que as igrejas de Deus não têm outro costume.Fontes: o próprio texto bíblico
  • O escritor não tem elogio para as reuniões deles, que, segundo ele, fazem mais mal do que bem. Ele ouviu que há divisões quando se reúnem como igreja e, em parte, acredita nisso; cada um come à frente sem compartilhar, de modo que um fica com fome enquanto outro se embriaga, e por isso não é a Ceia do Senhor que eles comem. Manda que esperem uns pelos outros e que, se alguém tiver fome, coma em casa, para que a reunião não resulte em juízo.Fontes: o próprio texto bíblico
  • Ele diz que recebeu do Senhor o que também transmitiu: na noite em que foi traído, o Senhor Jesus tomou o pão, deu graças, partiu-o e disse que era o seu corpo, por eles; depois da ceia, tomou o cálice e chamou-o de nova aliança no seu sangue, a ser celebrada em sua memória. Sempre que comem esse pão e bebem desse cálice, anunciam a morte do Senhor até que ele venha. Quem come ou bebe de modo indigno torna-se culpado de pecar contra o corpo e o sangue do Senhor; por isso cada um deve examinar-se a si mesmo, pois comer e beber sem discernir o corpo traz juízo.Fontes: o próprio texto bíblico

Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.

Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fonte: http://ebible.org/azb/ · eBible.org

Fale com a gente

Conte de onde você lê, como a Bíblia tem te ajudado ou o que podemos melhorar. Lemos todas as mensagens.