1 Crônicas 23
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
1Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.
Levililər və onların vəzifələri
2Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı. 3Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi. 4Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim, 5dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu. 6Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı.
7Gerşonun nəslindən: Ladan və Şimey. 8Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər. 9Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi. 10Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi. 11Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.
12Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər. 13Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu. 14Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı. 15Musanın oğulları: Gerşom və Eliezer. 16Gerşomun ilk oğlu Şevuel. 17Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi. 18İsharın ilk oğlu Şelomit. 19Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam. 20Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.
21Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş. 22Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar. 23Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər. 24Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.
25Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq. 26Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq». 27Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. 28Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək, 29təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq, 30hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək, 31Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək. 32Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.

Você sabia?
Davi Organiza os Levitas
- Um censo registrou 38.000 levitas de trinta anos ou mais em Israel. Davi os distribuiu em funções específicas: 24.000 para supervisionar o trabalho da casa do Senhor, 6.000 como oficiais e juízes, 4.000 como porteiros e 4.000 como músicos para louvar a Deus com instrumentos que ele havia confeccionado.Fontes: o próprio texto bíblico
- Como o Senhor deu descanso a Seu povo e passou a habitar permanentemente em Jerusalém, os levitas não precisavam mais transportar o tabernáculo e seus utensílios. Davi então redirecionou suas funções para auxiliar os sacerdotes descendentes de Arão no cuidado do templo e nos louvores diários, fixando a idade de serviço a partir dos vinte anos.Fontes: o próprio texto bíblico · Jerusalem
- Embora Arão e Moisés fossem ambos filhos de Anrão, da linhagem de Coate, seus descendentes receberam atribuições distintas. Arão e seus filhos foram consagrados perpetuamente para queimar incenso e abençoar em nome do Senhor no sacerdócio, enquanto a descendência de Moisés foi contada entre as famílias levíticas comuns.Fontes: o próprio texto bíblico · Aaron · Moses
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Jerusalem · 31.777, 35.234 · versículo 25
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org