1 Crônicas 19
Azərbaycan dilində Müqəddəs Kitab · Toque num versículo para ver as referências cruzadas.
Ammonlular və Aramlılar üzərində qələbə
1Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu. 2Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə 3Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər». 4Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi. 5Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
6Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər. 7Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər. 8Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi. 9Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.
10Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü. 11Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü. 12Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm. 13Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin». 14Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı. 15Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.
16Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi. 17Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu. 18Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü. 19Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.

Você sabia?
A guerra contra Amom e os arameus
- Quando Hanum, rei dos amonitas, suspeitou de espionagem por parte dos emissários de Davi, ele os humilhou publicamente raspando suas barbas e cortando suas vestes. Para poupá-los de maior vergonha, Davi ordenou que os homens permanecessem na cidade-oásis de Jericó até que a barba lhes crescesse novamente.Fontes: o próprio texto bíblico · Jericho
- Diante da guerra contra Israel, os amonitas gastaram mil talentos de prata para contratar carros e cavaleiros de reinos arameus como Zobá, Arã-Naaraim e Maaca. Ao confrontar uma frente dupla perto de Medeba, Joabe dividiu o exército israelita, liderando tropas seletas contra os arameus enquanto seu irmão Abisai enfrentava os amonitas.Fontes: o próprio texto bíblico · Joab · Abishai · Medeba
- Após o recuo inicial, os arameus convocaram reforços de além do rio Eufrates sob a liderança de Sofaqui, comandante do rei Hadadezer de Zobá. Davi cruzou pessoalmente o Jordão para derrotá-los, levando os vassalos de Hadadezer a firmarem a paz e cessarem seu apoio aos amonitas.Fontes: o próprio texto bíblico · Hadarezer · Shobach · Zobah
Notas escritas com auxílio de IA a partir de fontes abertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, domínio público) e revisadas antes de publicar.
Lugares deste capítulo
- Ammon · 31.955, 35.934 · versículos 1, 2, 3, 6, 7, 9, 11, 12, 15, 19
- Jericho · Hoje: Tell es Sultan · 31.872, 35.445 · versículo 5
- Maacah · 33.258, 35.581 · versículos 6, 7
- Mesopotamia · Hoje: Aram-naharaim · 36.864, 39.033 · versículo 6
- Zobah · 33.935, 36.151 · versículo 6
- Medeba · Hoje: Madaba · 31.716, 35.795 · versículo 7
- Syria · Hoje: Aram · 33.511, 36.306 · versículos 10, 12, 14, 15, 16, 17, 18, 19
- Jerusalem · 31.777, 35.234 · versículo 15
- Euphrates · Hoje: Euphrates River · 31.004, 47.442 · versículo 16
- Jordan · Hoje: Jordan River · 31.761, 35.558 · versículo 17
Só aparecem lugares com identificação de alta confiança (90% ou mais segundo as fontes acadêmicas reunidas pelo OpenBible). Mapa da época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa atual: © colaboradores do OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos e licença desta tradução
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fonte: http://ebible.org/azb/ · eBible.org