Romanos 12
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Bədənlərinizi Allaha təqdim edin
1Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. 2Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
3Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün. 4Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil. 5Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik. 6Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin; 7ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; 8nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.
Məhəbbətlə rəftar edin
9Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. 10Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. 11Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. 12Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. 13Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
14Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. 15Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. 16Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. 17Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. 18İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. 19Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». 20Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən». 21Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.

¿Sabías que…?
Sacrificio vivo y un solo cuerpo
- Romanos 12 exhorta a los hermanos, a causa de la misericordia de Dios, a ofrecer sus cuerpos como sacrificios vivos, santos y agradables a Dios, y llama a esto su servicio espiritual de adoración. Esa imagen de un sacrificio que sigue vivo va junto al llamado a no conformarse a este mundo, sino a transformarse por la renovación de la mente, a fin de probar y aprobar cuál es la voluntad de Dios, buena, agradable y perfecta.Fuentes: el propio texto bíblico
- La comunidad se compara con un solo cuerpo de muchos miembros que no tienen todos la misma función: en Cristo los muchos son un solo cuerpo, y cada miembro pertenece a los demás. Los distintos dones se atribuyen a la gracia recibida —profecía, en proporción a la fe; servicio; enseñanza; aliento; dar con generosidad; dirigir con diligencia; y misericordia con alegría—, y a cada uno se le pide pensar con juicio sobrio, según la medida de fe que Dios le ha dado, y no más alto de lo que debe.Fuentes: el propio texto bíblico
- El capítulo prohíbe devolver mal por mal y vengarse, y dice a los amados que dejen lugar a la ira de Dios y, si es posible de su parte, vivan en paz con todos. Apela a lo que está escrito —que la venganza pertenece al Señor, quien retribuirá, y que al enemigo con hambre hay que darle de comer y al sediento de beber, lo cual amontonará brasas ardientes sobre su cabeza— y termina exhortando a no dejarse vencer por el mal, sino a vencer el mal con el bien.Fuentes: el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org