Nations Bible

Apocalipsis 19

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

Göydə sevinc

1Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi:

«Halleluya!

Xilas, izzət və qüdrət

Allahımıza məxsusdur!

2Çünki Onun hökmləri

Həqiqi və ədalətlidir.

O, əxlaqsızlığı ilə yer üzünü azdıran

Böyük fahişəni mühakimə etdi,

Öz qullarının qanının qisasını

Ondan aldı».

3Onlar dedi:

«Halleluya!

Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir».

4Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi:

«Amin! Halleluya!»

5Taxtdan da belə bir səs gəldi:

«Ey Onun bütün qulları,

Böyükdən kiçiyə qədər

Ondan qorxanlar,

Allahımızı mədh edin!»

6Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi:

«Halleluya!

Çünki Külli-İxtiyar Rəbb Allahımız

Padşahlıq taxtına çıxdı!

7Gəlin sevinib şad olaq,

Onu izzətləndirək!

Çünki Quzunun toyu başlayır.

Gəlini özünü hazırlayıb;

8Geyinmək üçün ona

Təmiz, parlaq və incə kətan verildi».

İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.

9Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir». 10Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».

Ağ atın Süvarisi

11Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. 12Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. 13O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. 14Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. 15Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. 16Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».

17Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, 18padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz».

19Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb. 20Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. 21Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.

¿Sabías que…?

El aleluya del cielo y las bodas del Cordero

  • Este capítulo registra cuatro veces el grito “Aleluya”. Se oye un sonido como el de una gran multitud en el cielo, que alaba a Dios porque sus juicios son verdaderos y justos: ha juzgado a la gran prostituta que corrompió la tierra con su inmoralidad y ha vengado la sangre de sus siervos, derramada por mano de ella. Los veinticuatro ancianos y los cuatro seres vivientes se postran y adoran a Dios, que está sentado en el trono, diciendo “Amén, Aleluya”, y una voz desde el trono llama a alabarlo a todos los que le sirven y le temen, pequeños y grandes por igual.Fuentes: el propio texto bíblico
  • La multitud anuncia que han llegado las bodas del Cordero y que su novia ya se ha preparado. Se le da un vestido de lino fino, resplandeciente y puro, y el propio texto explica que ese lino fino son las acciones justas de los santos. Un ángel manda a Juan escribir que son bienaventurados los invitados a la cena de las bodas del Cordero, y declara que estas son las verdaderas palabras de Dios.Fuentes: el propio texto bíblico
  • Juan cae a los pies del ángel para adorarlo, pero el ángel no se lo permite. Dice que es consiervo de Juan y de los hermanos de Juan que se apoyan en el testimonio de Jesús, y le ordena adorar a Dios, porque el testimonio de Jesús es el espíritu de la profecía. Luego el cielo queda abierto, y Juan ve a un jinete en un caballo blanco, llamado Fiel y Verdadero, cuyo nombre es la Palabra de Dios; de su boca sale una espada aguda, y en el manto y en el muslo está escrito Rey de reyes y Señor de señores.Fuentes: el propio texto bíblico

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.