Apocalipsis 11
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
İki şahid
1Mənə əsaya oxşayan bir qamış verildi və mənə deyildi: «Qalx Allahın məbədini, qurbangahı ölç və orada səcdə edənləri say. 2Amma məbədin bayır həyətini nəzərə alma və oranı ölçmə. Çünki ora başqa millətlərə verildi və onlar müqəddəs şəhəri qırx iki ay tapdaq edəcək. 3Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin min iki yüz altmış gün ərzində peyğəmbərlik etsinlər».
4Bunlar yer üzünün Sahibinin önündə dayanan iki zeytun ağacı və iki çıraqdandır. 5Əgər kimsə onlara zərər vurmaq istəsə, ağızlarından od çıxıb düşmənlərini yandırıb-yaxır. Beləcə onlara zərər vurmaq istəyən hər kəs bu cür öldürülməlidir. 6Onların göyü bağlamağa ixtiyarı var ki, peyğəmbərlik etdikləri günlər yağış yağmasın. Həmçinin onların suları qana döndərməyə və yer üzünə istədikləri qədər hər cür bəla gətirməyə ixtiyarı var.
7Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək. 8Cəsədləri onların Rəbbinin də çarmıxa çəkildiyi böyük şəhərin baş küçəsinə səriləcək; həmin şəhər rəmzi olaraq Sodom və Misir adlanır. 9Müxtəlif xalqlardan, tayfalardan, dillərdən və millətlərdən olan adamlar üç gün yarım onların cəsədinə baxacaq və qəbirə qoyulmasına yol verməyəcəklər. 10Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi. 11Lakin həmin üç gün yarım bitəndə Allahdan gələn həyat nəfəsi onların içinə girdi və onlar ayağa qalxdı. Onda onları görənlərin canına böyük qorxu düşdü. 12O iki peyğəmbər göydən onlara «Bura qalxın!» deyən uca bir səs eşitdilər və buludun içində göyə qalxdılar. Düşmənləri də onlara baxdı. 13O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər.
14İkinci bəla ötüb keçdi. Budur, tezliklə üçüncü bəla gəlir.
Yeddinci şeypur
15Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi:
«Rəbbimiz və Onun Məsihi
Dünya üzərində Padşahlığa sahib oldu!
O əbədi olaraq padşahlıq edəcək!»
16Onda Allahın önündə öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allaha səcdə edərək 17dedi:
«Ey Var Olan, Var Olmuş
Külli-İxtiyar Rəbb Allah,
Sənə şükür edirik!
Çünki Öz böyük qüdrətini alıb
Padşahlıq taxtına çıxdın.
18Millətlər qəzəbləndi,
Sənin də qəzəbinin vaxtı gəldi.
Ölüləri mühakimə etmək,
Sənin qulların olan
Peyğəmbərlərə, müqəddəslərə,
Sənin adından qorxanlara,
Kiçiklərə və böyüklərə mükafat vermək,
Yer üzünü məhv edənləri
Məhv etmək vaxtı çatdı».
19Allahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gurultusu, zəlzələ və güclü dolu gəldi.

¿Sabías que…?
Los dos testigos y la gran ciudad
- Apocalipsis 11 dice que los cuerpos de los dos testigos yacerán en la calle de la gran ciudad, llamada en sentido figurado Sodoma y Egipto, donde también fue crucificado su Señor. Una entrada de diccionario explica Sodoma como ardiente, o la amurallada, una ciudad destruida por fuego del cielo a causa de la maldad de sus habitantes, una destrucción que las Escrituras recuerdan con frecuencia. Egipto, la tierra del Nilo y de las pirámides, se describe igualmente como un lugar de gran importancia en las Escrituras.Fuentes: el propio texto bíblico
- A los dos testigos se les da poder para profetizar durante mil doscientos sesenta días, vestidos de cilicio. Son los dos olivos y los dos candeleros que están delante del Señor de la tierra, y tienen poder para cerrar el cielo de modo que no llueva, para convertir las aguas en sangre y para herir la tierra con toda clase de plagas.Fuentes: el propio texto bíblico
- Cuando los dos testigos terminan su testimonio, la bestia que sube del Abismo los vence y los mata. Durante tres días y medio, pueblos, tribus, lenguas y naciones ven sus cuerpos y no permiten que sean puestos en un sepulcro, mientras los habitantes de la tierra se burlan de ellos, celebran y se envían regalos, porque los dos profetas los habían atormentado. Después de eso, el aliento de vida que viene de Dios entra en ellos; se ponen de pie y suben al cielo en una nube, mientras sus enemigos los observan.Fuentes: el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org