Salmos 105
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Məzmur 105
1Rəbbə şükür edin, ismini çağırın,
Əməllərini xalqlar arasında elan edin!
2Onu ilahilərlə tərənnüm edin,
Bütün xariqələrini bəyan edin!
3Onun müqəddəs adı ilə fəxr edin,
Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
4Rəbbi, Onun qüvvətini arayın,
Daim hüzurunu axtarın.
5Etdiyi xariqələri,
Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
6Ey Onun qulu İbrahim nəsli,
Ey Yaqub övladları, ey Onun seçdikləri!
7Allahımız Rəbb Odur,
Hökmü bütün yer üzündədir.
8Əbədi olaraq min nəslə qədər əhdini,
Əmr etdiyi sözü,
9İbrahimlə kəsdiyi əhdini,
İshaqa and içərək verdiyi vədini unutmaz.
10Bunu qayda kimi Yaqub üçün təsdiq etdi,
Bu əbədi əhdi İsrail üçün etdi.
11Dedi: «Övladlarının payına düşən mülk kimi
Kənan torpağını sənə verəcəyəm».
12O zaman onlar sayca az idilər,
Azsaylı olaraq ölkədə qərib idilər.
13Ölkədən-ölkəyə,
Məmləkətdən-məmləkətə köçürdülər.
14Rəbb heç kimi onlara əzab verməyə qoymadı,
Onlara görə padşahları tənbeh etdi.
15Dedi: «Məsh etdiklərimə dəyməyin,
Peyğəmbərlərimə pislik etməyin».
16Ölkəyə qıtlıq göndərdi,
Bütün çörəyin kökünü kəsdi.
17Lakin bunlardan əvvəl birini göndərmişdi,
Bu, qul kimi satılan Yusif idi.
18Ayaqlarını zəncirləyib əzdilər,
Boğazına dəmir halqa keçirdilər.
19Yusifin sözü düz çıxanadək
Rəbbin sözü onu təmizlədi.
20Padşah buyruq verərək onu azad etdi,
Xalqların hökmdarı ona azadlıq verdi.
21Onu sarayının ağası etdi,
Varidatı üçün cavabdeh etdi.
22Ona başçılar üstündə səlahiyyət verdi ki,
Ağsaqqallarına uzaqgörənlik öyrətsin.
23Sonra İsrail Misirə gəldi,
Yaqub Ham ölkəsində yerləşdi.
24Rəbb onun xalqına bərəkət verdi,
Düşmənlərindən çox onlara qüdrət verdi.
25Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər,
Qullarına qarşı fırıldaq işlətsinlər.
26Qulu Musanı,
Həm də seçdiyi Harunu göndərdi.
27Xalqın arasında Rəbbin əlamətlərini,
Ham ölkəsində Onun möcüzələrini göstərdilər.
28Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi,
Çünki Onun sözlərinə itaət etmədilər.
29Sularını qana çevirdi,
Balıqlarını öldürdü.
30Ölkəyə qurbağalar qaynaşıb gəldilər,
Padşahın otaqlarına belə, girdilər.
31Əmr etdi, topa-topa mozalan gəldi,
Mığmığalar bütün ərazilərini bürüdü.
32Yağış əvəzinə dolu yağdırdı,
Ölkələrini şimşəklərə qərq etdi.
33Tənəklərinə, əncir ağaclarına zərbə vurdu,
Sahələrində olan ağacları qırdı.
34Əmr etdi çəyirtkələrə qaynaşsın,
Saysız balaları torpaqlarına daraşsın.
35Onlar ölkədə olan bütün otları yedilər,
Torpaqlarının bar-bəhərini yedilər.
36O, ölkədə hər yerlinin ilk oğlunu,
Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.
37İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı,
Qəbilələri arasında yıxılan olmadı.
38Onlar çıxanda Misirlilər sevindi,
Canlarında İsraillilərin qorxusu var idi.
39Üzərlərinə örtük kimi bulud sərdi,
Gecəni işıqlandırmaq üçün od göndərdi.
40İstədiklərinə görə O, bildirçin gətirdi,
Onlara göydən doyunca çörək verdi.
41Qayanı yararaq suyu fışqırtdı,
Quraq yerə çay kimi axdı.
42Çünki müqəddəs sözünü yada salmışdı,
Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.
43O, xalqını sevinclə,
Öz seçdiklərini mədh səsi ilə çıxartdı.
44Millətlərin torpaqlarını onlara verdi,
Onları ümmətlərin sərvətlərinə sahib etdi.
45Qoy Rəbbin qaydalarına riayət etsinlər,
Qanunlarına əməl etsinlər.
Rəbbə həmd edin!
¿Sabías que…?
El recuerdo del pacto y los prodigios divinos
- El Salmo 105 se refiere a Egipto como la "tierra de Cam", reflejando la tradición genealógica bíblica que vincula a los pueblos del noreste de África y del valle del Nilo con Cam, hijo de Noé.Fuentes: el propio texto bíblico · Ham · Egypt
- El salmo destaca la experiencia de José en Egipto, recordando su dura prisión inicial con grilletes de hierro antes de que el faraón lo liberara para supervisar la casa real y aconsejar a los ancianos del reino.Fuentes: el propio texto bíblico · Joseph (son of Jacob)
- El himno histórico enmarca el camino de Israel desde las promesas patriarcales dadas a Abraham, Isaac y Jacob hasta la herencia de la fértil tierra de Canaán tras su liberación de la servidumbre egipcia.Fuentes: el propio texto bíblico · Canaan · Abraham
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Canaan · 32.767, 35.333 · versículos 11, 12, 16
- Egypt · 30.129, 31.308 · versículos 17, 23, 28, 31, 37, 38, 43
- Ham · Hoy: Egypt · 30.129, 31.308 · versículos 23, 27
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org