Nations Bible

Números 10

Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.

İki gümüş kərənay

1Rəbb Musaya belə dedi: 2«Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət. 3İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın. 4Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları sənin yanına toplansınlar. 5Yüksək səslə çalınanda şərqi düşərgədəkilər yola düşsünlər. 6Yenə də yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə çalınsın. 7Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın.

8Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 9Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız. 10Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm».

İsrail övladları Sinanı tərk edirlər

11İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi. 12İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı.

13İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər. 14Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi. 15İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi. 16Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi.

17Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər.

18Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi. 19Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi. 20Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi.

21Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar.

22Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi. 23Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi. 24Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi.

25Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi. 26Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel, 27Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi.

28İsrail ordu dəstələri bu nizamla yola düşərdilər.

29Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib». 30Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm». 31Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et. 32Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik».

33İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin. 34Düşərgə saldıqları yerdən yola düşdükləri vaxt Rəbbin buludu gündüz onların üzərində idi.

35Sandıq yola düşəndə Musa deyirdi:

«Ya Rəbb qalx!

Qoy düşmənlərin dağılsın,

Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın».

36Sandıq dayananda belə deyirdi:

«Ya Rəbb, İsrail tayfalarının on minlərinin yanına qayıt».

Ilustración artística: una interpretación, no un registro histórico.

¿Sabías que…?

Las Trompetas de Plata y la Partida del Sinaí

  • Dos trompetas de plata labrada a martillo servían como sistema de comunicación de Israel en el desierto, tocadas exclusivamente por los sacerdotes hijos de Aarón con toques largos o cortos para reunir a la congregación, ordenar la marcha de los campamentos, dar la alarma en la guerra y anunciar los sacrificios festivos.Fuentes: el propio texto bíblico
  • El día veinte del segundo mes del segundo año tras salir de Egipto, la nube se alzó sobre el tabernáculo, marcando la partida de Israel del desierto de Sinaí tras haber acampado allí casi un año entero, dirigiéndose hacia el desierto de Parán.Fuentes: el propio texto bíblico · Sinai · Paran
  • Moisés rogó a Hobab, hijo de su suegro madianita Reuel, que los acompañara para servirles de ojos, aprovechando su familiaridad con el terreno desértico y los lugares para acampar a cambio de compartir los bienes prometidos a Israel.Fuentes: el propio texto bíblico · Jethro

Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.

Lugares de este capítulo

  • Egypt · 30.129, 31.308 · versículo 11
  • Paran · 30.303, 34.777 · versículo 12
  • Wilderness of Sinai · Hoy: about 50 km around Jebel Musa · 28.540, 33.973 · versículo 12

Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).

Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab
The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey
Copyright © 2008 Müqəddəs Kitab Sirkəti
Language: Azeri (Azerbaijani, South)
Translation by: Institute for Bible Translation
Contributor: Bible Society of Azerbaijan
This translation text is made available to you under the
terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works.
( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ )
In addition, you have permission to port the text to different file formats, as long as you
do not change any of the text or punctuation of the Bible.
You may share, copy, distribute, transmit, and extract portions
or quotations from this work, provided that you include the above copyright
information:
You must give Attribution to the work.
You do not sell this work for a profit.
You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.
Permissions beyond the scope of this license may be
available if you contact
us with your request.
This translation is made available to you under the terms of the
Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.
You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:
You include the above copyright and source information.
You do not sell this work for a profit.
You do not change any of the words or punctuation of the Scriptures.
Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents.
For other uses, please contact the respective copyright owners.
2018-11-09

Fuente: http://ebible.org/azb/ · eBible.org

Habla con nosotros

Cuéntanos desde dónde lees, cómo te ha ayudado la Biblia o qué podemos mejorar. Leemos todos los mensajes.