Nehemías 12
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
Zerubbabil ilə gələn kahinlər və Levililər
1Şealtiel oğlu Zerubbabil və Yeşua ilə qayıdan kahinlər və Levililər bunlar idi: Seraya, Yeremya, Ezra, 2Amarya, Malluk, Xattuş, 3Şekanya, Rexum, Meremot, 4İddo, Ginnetoy, Aviya, 5Miyamin, Maadya, Bilqa, 6Şemaya, Yoyariv, Yedaya, 7Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi.
8Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevya, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı. 9Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu.
10Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi. 11Yoyadadan Yonatan törədi, Yonatandan Yaddua törədi.
12Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya, 13Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan, 14Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif, 15Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay, 16İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam, 17Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay, 18Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan, 19Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi, 20Şallay nəslindən Qallay, Amoq nəslindən Ever, 21Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel.
22Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi. 23Levili nəsil başçıları, Elyaşiv oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı. 24Levililərin başçıları Xaşavya, Şerevya və Qadmiel oğlu Yeşua bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb Allah adamı Davudun əmrinə görə qarşılıqlı həmdlər və şükürlər edirdi. 25Mattanya, Baqbuqya, Avdiya, Meşullam, Talmon və Aqquv qapıçılıq edib darvazalardakı anbarları qoruyurdu. 26Bunlar Yosadaq oğlu Yeşua oğlu Yoyaqimin günlərində, vali Nehemya və ilahiyyatçı kahin Ezranın dövründə yaşayırdı.
Yerusəlim divarının təqdis edilməsi
27Yerusəlim divarının təqdisetmə mərasimini sevinclə, şükürlə, ilahilərlə, sinc, çəng və lira ilə keçirmək üçün Levililər yaşadıqları hər yerdən çağırılıb Yerusəlimə gətirildilər. 28Yerusəlim ətrafındakı sahədən və Netofalıların kəndlərindən, 29Bet-Qilqaldan və Geva ilə Azmavet çöllərindən ilahiçilər toplandı. Çünki ilahiçilər Yerusəlim ətrafında özləri üçün kəndlər salmışdılar.
30Kahinlər və Levililər özlərini pak edəndən sonra xalqı, darvazaları və divarı pak etdilər.
31Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi. 32Onların ardınca Hoşaya və Yəhuda rəislərinin yarısı, 33Azarya, Ezra, Meşullam, 34Yəhuda, Binyamin, Şemaya, Yeremya, 35əllərində kərənaylarla kahinlərdən bəziləri – Asəf oğlu Zakkur oğlu Mikeya oğlu Mattanya oğlu Şemaya oğlu Yonatan oğlu Zəkəriyyə, 36qardaşları Şemaya, Azarel, Milalay, Gilalay, Maay, Netanel, Yəhuda, Xanani, Allah adamı Davudun musiqi alətləri ilə gedirdilər. İlahiyyatçı Ezra onların qabağında gedir. 37Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədər getdilər.
38Şükür ilahiləri oxuyanların o biri dəstəsi divarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların ardınca yeriyirdim. Sobalar qülləsindən keçib Geniş divara qədər, 39Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq. 40Şükür ilahiləri oxuyanların iki dəstəsi Allah evinin yanında ayaq saxladı. Mən də hökumət məmurlarının yarısı ilə dayandım. 41Yanımda kərənay çalan kahinlər bunlar idi: Elyaqim, Maaseya, Minyamin, Mikeya, Elyoenay, Zəkəriyyə və Xananya; 42habelə Maaseya, Şemaya, Eleazar, Uzzi, Yehoxanan, Malkiya, Elam və Ezer. İlahiçilər İzrahyanın rəhbərliyi altında tərənnüm etdi. 43O gün çoxlu qurban kəsildi və şadlıq oldu, çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar və uşaqlar da sevinirdi və Yerusəlimin şənliyi uzaqlardan eşidilirdi.
Məbəd ibadəti üçün təminat
44Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi. 45Onlar, ilahiçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən özlərinin Allahına xidmət edib pak olma mərasimini yerinə yetirdi. 46Çünki qədim zamanlarda – Davudun və Asəfin günlərində ilahiçilərin başçıları var idi və Allaha həmd və şükür mahnıları oxunurdu. 47Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.

¿Sabías que…?
Dedicación de la muralla y registros sacerdotales
- Para la dedicación de la muralla reconstruida de Jerusalén, se reunió a los levitas y cantores de los poblados circundantes donde se habían establecido, como Bet-gilgal y los campos de Geba y Azmavet. La alabanza musical se organizó en coros alternados con instrumentos dispuestos según las normas del rey David.Fuentes: el propio texto bíblico · Beth-gilgal · Geba · Azmaveth
- La ceremonia de dedicación contó con dos grandes coros de acción de gracias que marchaban sobre lo alto de las murallas recién reparadas en direcciones opuestas. Una procesión fue encabezada por Esdras el escriba hacia la Puerta del Muladar, mientras Nehemías seguía al segundo grupo, hasta que ambos coros se encontraron en la casa de Dios.Fuentes: el propio texto bíblico · Dung Gate · Gate of the Fountain
- El capítulo conserva registros ancestrales de sacerdotes y levitas que abarcan desde el primer retorno bajo Zorobabel y el sumo sacerdote Jesúa a través de varias generaciones hasta el período persa. Estas listas documentaban la línea de los sumos sacerdotes y los jefes de familia encargados del servicio del templo y de la guardia de las puertas.Fuentes: el propio texto bíblico · Zerubbabel · Joshua · Eliashib
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Jerusalem · 31.777, 35.234 · versículos 27, 28, 29, 43
- Dung Gate · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 31
- City of David · 31.774, 35.236 · versículo 37
- Fountain Gate · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 37
- Water Gate · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 37
- Broad Wall · 31.776, 35.232 · versículo 38
- Tower of the Ovens · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 38
- Ephraim Gate · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 39
- Fish Gate · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 39
- Gate of the Guard · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 39
- Gate of Yeshanah · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 39
- Sheep Gate · Hoy: in Jerusalem · 31.777, 35.234 · versículo 39
- Tower of Hananel · Hoy: Antonia Fortress · 31.780, 35.234 · versículo 39
- Tower of the Hundred · Hoy: within 500 m of the Antonia Fortress · 31.780, 35.234 · versículo 39
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org