Mateo 25
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
On qız məsəli
1O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək. 2Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. 3Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi. 4Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. 5Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. 6Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” 7O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər. 8Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”. 9Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. 10Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. 11O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. 12O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. 13Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
Əmanət pul məsəli
14Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi. 15O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. 16Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. 17İki talant alan da beləcə daha iki talant qazandı. 18Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.
19Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. 20Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. 21Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”
22İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”. 23Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”
24Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan. 25Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” 26Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi? 27Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. 28İndi əlindəki talantı ondan alın və on talantı olana verin! 29Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. 30Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”.
Qoyunlar və keçilər
31Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. 32Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. 33Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.
34O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. 35Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; 36çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. 37Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? 38Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? 39Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” 40Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.
41O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! 42Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; 43qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”. 44Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” 45O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. 46Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».
¿Sabías que…?
Preparados antes de que venga el Hijo del Hombre
- Mateo 25 compara el reino de los cielos con diez vírgenes que toman lámparas y salen al encuentro del novio. Las cinco prudentes llevan aceite en frascos; las cinco insensatas no lo llevan y, tras la demora, un grito a medianoche las encuentra con las lámparas apagándose, de modo que les dicen que compren aceite y ellas vuelven cuando la puerta de la boda ya está cerrada. Él les dice que no las conoce, y el relato termina diciendo que hay que velar, porque nadie sabe el día ni la hora.Fuentes: el propio texto bíblico
- La escena siguiente es la de un hombre que, antes de un viaje, confía sus bienes a tres siervos: cinco talentos, dos talentos y un talento, a cada uno según su capacidad. Los dos primeros ponen el dinero a trabajar y lo duplican; el que recibió un solo talento cava un hoyo y lo esconde. Después de mucho tiempo, el señor alaba a los dos primeros como buenos y fieles y los invita a entrar en su alegría, pero llama al tercero malo y perezoso, y dice que la suma debió dejarse con los banqueros para que produjera intereses.Fuentes: el propio texto bíblico
- El capítulo termina con el Hijo del Hombre que viene en gloria con todos los ángeles y se sienta en su trono glorioso mientras las naciones se reúnen ante él. Las separa como un pastor separa las ovejas de las cabras: las ovejas a su derecha y las cabras a su izquierda. Recibe a los de la derecha por haber dado de comer al hambriento, de beber al sediento, acogido al extranjero, vestido al desnudo, cuidado al enfermo y visitado al preso, y dice que lo hecho a uno de estos sus hermanos más pequeños fue hecho a él, mientras los de la izquierda, que no hicieron nada de esto, van al castigo eterno, y los justos a la vida eterna.Fuentes: el propio texto bíblico
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org