Lucas 17
Azərbaycan dilində Müqəddəs Kitab · Toca un versículo para ver sus referencias cruzadas.
1İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir! 2Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 3Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla. 4Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla». 5Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!» 6Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı. 7Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? 8Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? 9Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? 10Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”». 11İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. 12Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub 13ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!» 14İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular. 15Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. 16O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. 17Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? 18Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?» 19Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi». 20Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. 21Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir». 22İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. 23Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin! 24Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq. 25Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır. 26Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq. 27Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi. 28Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi. 29Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi. 30Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq. 31O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. 32Lutun arvadını yadınıza salın! 33Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq. 34Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 35Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq». 37Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».

¿Sabías que…?
Diez leprosos y el día del Hijo del Hombre
- Lucas cuenta que, de camino a Jerusalén, Jesús pasaba entre Samaria y Galilea cuando diez leprosos lo encontraron al entrar en una aldea. El Diccionario Bíblico de Easton (1897) relaciona el nombre Samaria con Shomeron, un monte en las montañas de Israel que el rey Omri compró a Shemer y donde edificó su capital, y explica Galilea, que significa “circuito”, como una tierra ocupada durante mucho tiempo por sus habitantes originales y por eso llamada “Galilea de los gentiles”. De los diez que fueron sanados, solo un samaritano regresó, y Jesús lo llamó extranjero.Fuentes: el propio texto bíblico · Samaria · Galilee
- Jesús dice que el día del Hijo del Hombre será como los días de Noé, cuando la gente comía y bebía, se casaba y era dada en matrimonio, hasta que Noé entró en el arca y el diluvio los destruyó a todos. El Diccionario Bíblico de Easton (1897) explica el nombre Noé como “descanso” y lo identifica como hijo de Lamec y padre de Sem, Cam y Jafet.Fuentes: el propio texto bíblico · Noah
- Jesús también recuerda los días de Lot, cuando la gente comía y bebía, compraba y vendía, plantaba y edificaba, hasta el día en que Lot salió de Sodoma y llovieron fuego y azufre del cielo. El Diccionario Bíblico de Easton (1897) explica el nombre Sodoma como “quema” o “la amurallada” y sitúa la ciudad en el valle de Sidim, donde, según el diccionario, fuego del cielo la destruyó. En la misma advertencia, Jesús dice que nadie que esté en el terrado o en el campo debe volver por sus bienes, y añade: “¡Acuérdense de la mujer de Lot!”Fuentes: el propio texto bíblico · Sodom
Notas escritas con ayuda de IA a partir de fuentes abiertas (Theographic Bible Metadata, CC BY-SA 4.0; Easton’s Bible Dictionary, dominio público) y revisadas antes de publicarse.
Lugares de este capítulo
- Galilee · 32.760, 35.527 · versículo 11
- Jerusalem · 31.777, 35.234 · versículo 11
- Samaria · Hoy: Samaria 2 · 32.276, 35.195 · versículo 11
Solo aparecen lugares identificados con alta confianza (90 % o más según las fuentes académicas reunidas por OpenBible). Mapa de la época: DARE (Digital Atlas of the Roman Empire), CC BY 4.0; mapa actual: © colaboradores de OpenStreetMap; lugares: OpenBible.info (CC BY 4.0).
Créditos y licencia de esta traducción
Azərbaycan dilində Müqəddəs Kitab The Holy Bible in the Azerbaijani language, also known as the Azeri language, of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey Copyright © 2008 Müqəddəs Kitab Sirkəti Language: Azeri (Azerbaijani, South) Translation by: Institute for Bible Translation Contributor: Bible Society of Azerbaijan This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. ( http://creativecommons.org/licenses/by-nc-nd/3.0/ ) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible. You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information: You must give Attribution to the work. You do not sell this work for a profit. You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures. Permissions beyond the scope of this license may be available if you contact us with your request. This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0. You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that: You include the above copyright and source information. You do not sell this work for a profit. You do not change any of the words or punctuation of the Scriptures. Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners. 2018-11-09
Fuente: http://ebible.org/azb/ · eBible.org